Deputat hökumətin hesabatından qabaq hara və niyə gedib?

“Bu gün səhər təxminən bir saat boş vaxtım oldu. “Təzə bazar”a getdim. Bir qədər ərzaq aldıqdan sonra qalan vaxtı bütün bazarı gəzdim”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə qeyd edib.

O, sonra bunları qeyd edib:

“Piştaxtalardakı mallara baxdım, dükanlara girdim. Qiymətləri müqayisə etdim, satıcılarla söhbət etdim. Bir qismini əvvəldən tanıyırdım, bir qismi isə məni tanıyırdı. Hər şeydən danışdıq, həm mən, həm onlar xeyli sual verdik.

Köhnə əşyalar satılan bir dükanda oldum, bura birinci dəfə idi ki, gəlirdim. 100-200 illik samovarlar, toy qazanları. köhnə üzqırxanlar, saatlar, daha nələr. Xüsusi olaraq divardan asılan sazı götürüb baxdım, tellərini səsləndirdim.

Çala bilmirəm, ancaq saza məhəbbət hər bir azərbaycanlının qəlbindədir, elə onu əlində saxlamaq insana güc verir. Əslən Zəngilandan olan Təyyar adlı orta təhsilli satıcının məlumatlılığı, şeirsevərliyi, fəlsəfi fikirləri məni valeh etdi.

Bazarda xeyli sayda tanımadığım adamlarla salamlaşdım, hal-əhval tutduq.

Bir lilmon satıcısı lomonlarını o qədər tərfiflədi ki, ehtiyaca görə deyil, zəhmətinə görə ondan limon da aldım. Amma doğrudan da limonu əla imiş.

Orda olduğum bir saat mənə xeyli daxili rahatlıq verdi…”

Etikxeber.az

Read Previous

Hökumət növbəti dəfə parlamentə hesabat verir – “Gərginlik yaranacaq…” – YENİLƏNİB (5)

Read Next

Fazil Mustafa: “Səhər-axşam gülümsəyərək işləyirlər…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir