Deputat iki Güneli nəyə görə aradı?

“Dünən mətbuatda məlumat yayıldı ki, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı aparılmış imtahanlarda iki nəfər müəllim yüksək nəticə göstərib. Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar”.

Etikxeber.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıbş

O, qeyd edib ki, bu gün həmin müəllimələrin telefonlarına zəng edərək onları yüksək göstərici əldə etmələri münasibəti ilə təbrik edib və onlarla fəxr etdiyini bildirib.

“Onların uğurunun Azərbaycanda dövlət tərəfindən təhsilə göstərilən yüksək qayğısının nəticəsi olduğunu və müəllimlərin dərin biliyə malik olmasının gələcək nəsillərin formalaşmasında əhəmiyyətini vurğuladım.

Hər iki Günel xanıma uğurlar arzulayaraq gələcəkdə elmi tədqiqatla məşğul olmaqlarını tövsiyə etdim”.

Etikxeber.az

Read Previous

Dövlət qurumlarında iş saatının dəyişməsi ilə bağlı təkliflər verilib

Read Next

Nazir: “Terrorizmə qarşı mübarizədə birgə səylər artırılmalıdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir