Deputat İlham və Fərizənin 27-ci ildönümü ilə bağlı mərasimə qatıldı – FOTO

Bu gün 20 Yanvar 1990-cı il şəhidi İlham Fərzəliyevin ( İlham və Fərizə) qardaşı Elxan müəllimin dəvəti ilə onun evlərində qardaşı və gəlinlərinin ruhuna verdiyi ehsan məclisində iştirak etdim.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

“Evləri qonaqlarla dolu idi. Bildirdi ki, artıq 27 ildir hər il 20 Yanvar tarixində əzizləri üçün ehsan verirlər və ehsana İlham və Fərizənin qohumları ilə yanaşı, onların iş yoldaşları, keşmiş və indiki qonşuları, tanımadğı insanlar, tanınmış ziyalılar gəlirlər.

Məclisdə tanınmış filoloq, professor Asif Rüstəmov da var idi.

Məclisdə şəhidlər yada salındı, onlara Allahdan rəhmət diləndi.

Divardakı bu unikal, ipəkdən olan xalçanı da Təbrizdən bir nəfər sənətkar toxuyaraq ailəyə hədiyyə edib”-deyə, millət vəkili sonra yazıb.

Etikxeber.az

Read Previous

Belarus Lapşinin Azərbaycana ekstradisiyasına qərar verdi

Read Next

TBMM-də “saçyoldu”: ŞƏFƏQ PAVEYLƏ AYLİN NAZLIAKA XƏSTƏXANALIQ OLDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir