Deputat: “İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək…”

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İran rəsmilərinin İsraillə münasibətlərə görə Bakını təhdid etməsi məsələsi qaldırılıb.

Etikxeber.az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır. O, İran müdafiə nazirinin “Azərbaycanın İsraillə yaxınlaşmasına dözə bilməyəcəyik” bəyanatına cavab olaraq qeyd edib ki, İranın Azərbaycana münasibətdə daha da sərtləşməsi onun özünə problem yaradacaq: “İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək, yerində 5 dövlət yaranacaq”.

Deputat çıxışında həmçinin, Ermənistanın son təxribatına münasibət bildirib. O, deyib ki, işğalçı ölkə hər vəchlə Rusiyanı Qarabağ münaqişəsinə cəlb etməyə çalışır və bu məqsədlə də hər cür təxribata əl atır. Onun qeyd etdiyinə görə, son günlər Ermənstan yenidən təxribat edib, bu prosesə üçüncü dövləti, xüsusən də, Rusiyanı cəlb etməyə çalışır. “Erməni xalqı bilməlidir ki, Azərbaycan torpaqları işğalçı əsgər üçün ancaq məzar  yeri ola bilər, onlar işğal etdiyi ərazilərdən çıxmalıdır. Ancaq təəssüflər  olsun ki,  ermənilərin tütəyinə çevrilmiş KTMT-nin rəhbəri Bordyuja çıxışında separatçı rejimi “Dağlıq Qarabağ Respublikası” adlandırmaqla, Ermənilərin müdafiəsinə qalxıb”- deyə, o, əlavə edib.  Millət vəkili bildirb ki, Bordyuja ermənilərin ruporuna çevrilib və artıq demək olar ki, o, ermənilərin cibindədir. Millət vəkili hesab edir ki, Azərbaycan son təxribat hadisəsi ilə bağlı bəyant versə də, bu, yetərli deyil:
“Biz KTMT-nin  hər bir üzvünə ayrı-ayrılıqda müraciət etməliyik”.

 

Deputatın İranla bağlı dediklərinə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz: “İran prezidenti də Ermənistana səfər etdi, məgər biz onlara qarşı bəyanat verdik?! Ona görə də hər kəs bir-birinə qarşılıqlı hörmət etməlidir”.

Etikxeber.az

Read Previous

Alkoqollu içkilərin və tütün məmulatlarının reklamı məhdudlaşdırılır…

Read Next

Deputatlar Mikayıl Cabbarova qarşı: “Araşdırın görək bunu kim yazıb?!”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir