Deputat Məmmədyarovla bağlı istefa çağırışına aydınlıq gətirdi…

Elmar Məmmədyarov günün, zamanın reallıqlarına cavab verən nazir deyil.

Etikxeber.az  xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı xarici işlər naziri Elmar Məmmədyarovu istefaya çağırması ilə  bağlı parlamentin bu gün keçirilən iclasında səsləndirdiyi fikirlərə  və bu fikirlər ətrafında cəmiyyətdə, sosial şəbəkələrdə  gedən müzakirələrə münasibətini bildirərkən deyib.

O, E. Məmmədyarovun fəaliyyəti ilə bağlı hələ bir müddət öncə mətbuata açıqlamasında  xarici işlər nazirinin ermənilərin işğalçılıq, vandalizm hərəkətlərinə qarşı seyrçi mövqe sərgilədiyini vurğuladığını xatırladıb:

elmarrrrr-111

“İndi də bu  fikirdəyəm və düşünürəm ki, Məmmədyarov öz səlahiyyətləri çərçivəsində üzərinə düşən vəzifəni yerinə yetirə bilmir”.

Millət vəkilinin sözlərinə görə, ola bilsin  ki,  Məmmədyarov  kifəyət qədər biliyə, diplomat kimi təcrübəyə malikdir, ancaq bütün bunlara rəğmən Azərbaycan torpaqları hələ də işğal altındadır və Ermənistan işğalçılıq siyasətini davam etdirir:

“Bununla bağlı Azərbaycan prezidentinin hücum diplomatiyası ortalıqdadır. Ölkə başçısı rəsmi görüşlərində və açıqlamalarında Ermənistan təcavüzkar dövlət kimi dəyərləndirməklə yanaşı,  Ermənistanı bu gün Azərbayacanın tarixi torpaqlarında yaradılmış bir dövlət kimi önə çəkir. Onun fikirləri qətiyyətli və birmənalı olsa da, Elmar Məmmədyarovun- xarici işlər nazirinin  bu istiqamətdə fəaliyyəti birmənalı deyil. Məmmədyarov günün, zamanın reallıqlarına cavab verən nazir deyil”.

 F.Ağamalının fikrincə, E. Məmmədyarovun bu gün Azərbaycan xalqı qarşısında ən böyük töhfəsi o olardı ki, öz təşəbbüsü  ilə istefa versin.

“Beləliklə də Azərbaycan xalqının başının altına yastıq qoyan bir xarici işlər naziri kimi vəzifəsinə son qoysun”-deyə, F. Ağamalı mətbuata açıqlamasında sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Jurnalistin təhqir olunması yolverilməz və biabırçılıqdır – MƏTBUAT ŞURASI

Read Next

“Boyunu aşan işlərə girmə!” – ƏRDOĞANDAN MAKRONA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir