Deputat məmurların sayının 30 faiz azaldılmasını təklif etdi

Azərbaycanda dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılması təklif olunub.

Etikxeber.az-ın məlumatına görə, Milli Məclisin (MM) komitələrinin gələn ilin büdcə zərfi ilə bağlı birgə iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.
Q. Həsənquliyev bildirib ki, Azərbaycanda istər Nazirlər Kabinetində, istərsə də yerli icra orqanlarında məmurların sayı həddindən artıq çoxdur:

“İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə məmurların orta sayı bizdəkindən iki dəfə azdır. Heç olmasa, gəlin inzibati idarəetmədə, Nazirlər kabinetində 30 faiz ixtisar aparaq ki, buradan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Onsuz da, əksər məmurların maaşı o qədər çox deyil. Amma biz bu ixtisarlarla həm büdcəyə qənaət etmiş olarıq, həm də digər məmurların – həqiqi işləyəsi məmurların normal maaş almasına şərait yaradarıq”.

Etikxeber.az

Read Previous

“Samir Şərifov, xəcalət çəkdim ki…” – ARİF RƏHİMZADƏ

Read Next

Artım əlillərə və pensiyaçılara təsir etməyəcək – NAZİRİN İDDİASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir