Deputat neftçilərlə bağlı faciənin geniş müzakirəsini və araşdırılmasını təklif etdi

Parlament dənizdə baş verən bədbəxt hadisəlrələ bağlı məsələni ciddi müzakirə etməlidir.
 Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev  Milli Məclisin (MM) pelanr iclasında səsləndirib.
Onun sözlərinə görə, son bir ildə artıq ikinci facidədir ki, dənizdə  baş verir.
Millət vəkili belə hadisələrin  xarici qüvvələr tərəfindən təxribat xarakterli olmasını da istisna etməyərək bildirib ki, bu məsələlər ciddi araşdırılmalıdır:
“Gələcəkdə bellə halların qarşısını almaq üçün parlament məsələni  ciddi müzakirə etməlidir. Lazım gələrsə, parlament adından Baş prokurora müraciət olunmalıdır ki,  gələcəkdə  belə halların qarşısını almaq üçün araşdırmalara başlasın. Ona görə də parlament məsələ ilə bağlı öz sözünü deməlidir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deputatın dediklərinə reaksiya verərək  bildirib ki, məsələ ilə bağlı rəsmi qaydada komissiya yaradılıb və həmin komissiya da  məsələni araşdırsın.
“Yekun qərər verilsin. Laızm olarsa, parlament öz sözünü deyə bilər”.
Etikxeber.az

Read Previous

Milli Məclis büdcə zərfini qəbul etdi – YENİLƏNİB

Read Next

Deputat: Xoşagəlməyən hadisələrin qarşısını almaq üçün vergi yükü azaldılmalıdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir