Deputat növbəti onlayn qəbul keçirdi-21 SEÇİCİSİNİ DİNLƏDİ VƏ…-FOTOLAR

Millət vəkili, professor Jalə Əliyeva bu gün Zərdab rayonunda seçiciləri ilə online formatda növbəti qəbulunu keçirib.

Etikxeber.az xəbər verir ki, qəbulda 21 nəfər iştirak edib. 4 saat davam edən videoqəbulda vətəndaşların müxtəlif səpkili xahiş və təklifləri dinlənilib.

Müraciətlərin əksəriyyəti məşğulluqla, işə düzəlmə ilə bağlı olub.

Eyni zamanda, əilliyin təyin edilməsində mövcud olan yerli xarakterli neqativ hallar deputatın diqqətinə çatdırılıb.

Qəbulda sosial müavinətlərin verilməsiylə bağlı məhdudiyyətlər ətraflnda fikir mübadiləsi aparılıb.

Qəbulda iştirak efən 1-ci Qarabağ müharibəsində həlak olmuş əsgərin atası, oğlunun şəhidlik statusunun müəyyənləşdirilməsində deputatın köməklik göstərməsini ondan xahiş edib.

Seçicilər rayonda şəhid adlarının əbədiləşdirilməsi arzularını da deputatın diqqətinə çatdırıblar.

Deputat bu məsələnin hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqətində olduğunu seçicilərinin nəzərinə çatdırlb, müqəddəs şəhidlərimizin adının Zərdab rayonunda da əbədiləşdirilməsi üçün artıq əməli addımlar atıldığını, bu məsələnin qısa zamanda müsbət həlli üçün mümkün olan köməyi göstərəcəyini bildirib.

Qaldırılan məsələlərin bəziləri ətraflnda qəbul əsnasında şifahi olaraq əlaqədar icra orqanları ilə telefon vasitəsilə söhbət aparılıb və kömək istənilib.

Digər məsələlər haqqında isə deputat tərəfindən əlaqədar qurumlara yazılı müraciət ediləcək.

Etikxeber.az

Read Previous

Baş prokurorun müavinindən Qarabağ Qazisinin cəzasının yüngülləşdirilməsi üçün apellyasiya-PROTESTİ

Read Next

“Bəli, belə də olacaq, Azərbaycan dövləti, Azərbaycan qadını bu məsələdə də öz sözünü deyəcək, öz Azərbaycan modelini yaradacaq”-JALƏ ƏLİYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir