Deputat növbəti qəbul keçirdi-SEÇİCİLƏR NƏYƏ MİNNƏTDARLIQ VƏ NƏYİ XAHİŞ ETDİLƏR? – FOTOLAR – YENİLƏNİB

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda seçicilərini qəbul edib.

Etikxeber.az xəbər verir ki, ümumiyyətlə, son aylar ərzində deputat rayonda 2 səyyar, 4 videoqəbul keçirib, Ramazan və Qurban bayramlarında şəhid, veteran ailələrini, kimsəsiz qocaları, valideyn himayəsindən məhrum uşaqları ziyarət edib, onları bayram sovqatları və qurban payı ilə sevindirib, eyni zamanda pandemiyanın ilk aylarında rayona 2000 ədəd maska və digər tibbi ləvazimat göndərib, 100-dən çox ailəyə maddi yardım göstərib.

“Dünən, 7 sentyabr tarixində deputat Zərdab rayonundakı ofisində 70 nəfəri qəbul etmişdir. Səhər erkən saatlatda başlayan qəbul, axşam saat 9-a qədər davam etmişdir. Qəbul zamanı vətəndaşlara ölkədə hətta pandemiya şəraitində belə həyata keçirilən nəhəng quruculuq işləri, ölkənin inkişaf istiqamətləri, insanların daha yaxşı yaşaması üçün görülən işlər, daha parlaq gələcəyimiz naminə atılan addımlar haqqında ətraflı məlumat verilmişdir. Vətəndaşlar, hətta pandemiyanın ağır şərtləri altında belə ölkə əhalisinin sağlamlığının, əmin-amanlığının qorunması üçün durmadan çalışan, bütün qüvvələri səfərbər edən ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərinin çatdırılmasını deputat Jalə Əliyevadan xahiş ediblər. Vətəndaşlar eyni zamanda Zərdab rayonunda da son zamanlarda, konkret olaraq ötən bir il ərzində görülən böyük quruculuq-abadlıq işlərindın razılıq ifadə ediblər. Başda ölkə Prezidenti olmaqla, bu işlərdə böyük əmək sərf edən rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə, dövlət və icra qurumlarına minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, deputat Jalə Əliyevaya, onlara tez-tez baş çəkdiyi, problemləri ilə yaxından maraqlandığı və həlli yollarını axtardığı üçün, seçicilərinin istək və tələblərini yerli və mərkəzi orqanlara çatdırdığı üçün razılıq bildiriblər. Qəbulda müxtəlif səpkili xahiş və təkliflərlə müraciətlər edilib. Müraciətlər daha çox məşğulluqla və əlillik dərəcəsinin təyin edilməsində yaşanan problemlərlə bağlı olub. Belə ki, seçicilər əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən sənədlərin əlaqədar təşkilatlar, xüsusilə rayon Səhiyyə şöbəsindən alınması zamanı süründürməçilik və laqeydliklə qarşılaşdıqlarını dilə gətirib, vəziyyətin düzəldilməsi üçün şikayətlərinin mərkəzi icra qurumuna çatdırmasını deputatdan xahiş ediblər. Məşğulluq sahəsində isə daha əvvəlki illərdə növbəlilik prinsipinə riayət edilmədiyini, işlə təmin olunmaq üçün bir-neçə il gözləməli olduqlarını, işəgötürmələr zamanı ədalət və şəffaflıq prinsipinin pozulduğunu, lakin son aylarda bu problemin də artıq tədriclə aradan qaldırıldığını bildirib, müraciətlərinin tezləşdirilməsində köməklik göstərməsini xahiş ediblər.

Özünəməşğulluq proqramı çərçivəsində mal-qara və kənd təsərrüfatı xarakterli digər məhsulların təmin ediməsində çətinlik yaşadıqlarını da söyləyiblər. Qəbulda həmçinin bu gün bütün dünyada, eyni zamanda Azərbaycanda və o cümlədən Zərdab rayonunda da mövcud olan su probleminin, bəzi kəndlərdə sakinlər arasında yaşanan mübahisəli örüş yerləri probleminin, müalicə, təhsil, fərdi tikinti-təmir və s. sahələri əhatə edən, eyni zamanda hüquq-mühafizə orqanları ilə bağlı məsələlərin həllində köməklik göstərməsi deputat Jalə Əliyevadan xahiş edilmişdir.Müraciətlər diqqətlə dinlənilmiş, bəzilərinin həlli ilə bağlı elə qəbul sırasında əlaqədar qurumlarla telefon əlaqəsi saxlanılmış və həllinə nail olunmuşdur. Digərlərinin isə deputatın yazılı müraciəti ilə yerli və mərkəzi icra orqanlarına ünvanlanacağı qəbula gələn vətəndaşlara bildirilmişdir”-deyə, deputatın “Facebook” səhifəsində paylaşılan məlumatda sonra qeyd edilir

20:03

***

“Zərdab qəbiristanlığı-Şəhidliyə gedən yolun təmirə ehtiyacı olduğunu bu gün səhər Gəlmə kənd sakini Aqil Cəbrayılovu rayonda qəbul edərkən öyrəndim. Aqil qardaşımızla birlikdə Şəhidliyi ziyarət etdik. Şəhidlərimizin ruhuna dualar etdik. Zərdab Yol İstismar İdarəsinin rəisi Elman Cavadi də bizimlə birlikdə oradaydı. Sağ olsun!”.

Bunu isə millət vəkili səhifəsində paylaşdığı statusunda qeyd edib.

“Elə bu gün məsələni həll edəcəyinə söz verdi. Anında idarənin mühəndisini də çağırdı. Saat 2 idi biz görüşəndə. Bir saat sonra Bakıya yola düşdüm. Bundan 10 dəqiqə əvvəl Elman müəllim zəng etdi. Şəhidliyə gedən yolun artıq asfaltlandığının xəbərini verdi. Doğrusu həm təsirləndim, həm də sevindim. Şəhidlərimizə göstərdiyi bu ehtirama görə, sözümüzü yerə salmadığına görə, Elman qardaşımıza çox minnətdarıq. Çox sağ olun, var olun dəyərli insan! Allah bütün şəhidlərimizə rəhmət etsin! Amin!”-deyə, J. Əliyeva əlavə edib

Etikxeber.az

Read Previous

Həmin gün(lər) göz yaşlarımız üzümüzdən yox, içimizdən axırdı…Sadəcə, “fəxr edin, sevinin “əsərləri”nizlə, “uğur hekayələri”nizlə” deyirəm!!!-KAMİL HƏMZƏOĞLUNUN YAZISI

Read Next

UEFA Millətlər Liqası: Kipr-Azərbaycan – 0:1 – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir