Deputat od “püskürdü”…

“Əzizi bir məsuliyyətsizin, içkili ,qayda-qanunlara məhəl qoymayıb kefi istədiyi kimi avtomobil idarə edənin günahsız qurbanı olmayanlar rahat danışa bilir. Amma gənc bir qızı bu cür avtomobil sürənin günahı nəticəsində vəfat edən gənc bir xanımın əmisi qızı olaraq deyirəm ki, bunu yaşamaq çox çətindir”.
Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.
 “Neçə illər keçir amma gənc övladını itirən gənc ananın üzünə də, qəlbinə də, evinə də əvvəkli xoşbəxtlik, sevinc və təbəssüm qayıtmadı”-deyə, qeyd edən millət vəkilinin yazdığına görə,  bundan sonra bütün ailə o ağrını çox dəhşətli yaşadı.
 “Amma o məsuliyyətsiz bu gün evində oturub rahat yaşayır.

P.S Bunu elə belə yazmadım.
Hər yazdığımı “diqqətlə” oxuyanlar və “anlayanlar” üçün yazdım…”-deyə, Q. Paşayeva sonra yazıb.
Etikxeber.az

Read Previous

CXP-də şok istefa: Böke sədr müavinliyindən və patiya sözçüsü vəzifəsindən getdi

Read Next

Prezidentin bibisi və Heydər Əliyevin bacısı dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir