Deputat: “Ölkə başçısı kadr məsələsini ciddi nəzarətdə saxlayacağı mesajını məmurların diqqətinə çatdırmış oldu”

Azərbaycanda ciddi-kompleks islahatlara start verildiyindən, kadr islahatları da qaçılmazdır və bunu bir daha Azərbaycan prezidenti İlham Əliyev  yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da dilə gətirib.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda  “Strateji Yol Xəritəsi” təsdiq olunub və bu  proqramın  həyata keçirilməsinə, eyni zamanda, kənd təsərrüfatı sahəsində həm istehsalın, həm də emal sənayesinin inkişaf etdirilməsi üçün  ciddi kadr potensialına ehtiyac  var:
“Ona görə də dövlət başçısının məmurlara xəbərdarlığı yerində olan xəbərdarlıqdır”.
Millət vəkili dövlət başçısının  konfransda bir daha  vəziyyətin dəyişdiyini dilə gətirərək,  2017-ci ilin islahatlar ili  və bu islahatların uğurla həyata keçirilməsi üçün məmur-xalq münasibətlərinə  həssaslıqla yanaşma tələb olunduğunu bildirib:
“Məmurlar xalqa xidmət etməlidir. Dövlət başçısı onsuz da bu yaxınlarda  Azərbaycanda vitse-prezidentlik institutnun yaradılmasına keçidlə bağlı ciddi islahatlara  başlayacaq. Vitse-prezidentlik institutuna keçidlə bu kadr problemləri də  aradan qalxmış olacaq. Bu da Azərbaycan üçün çox əhəmiyyətli məsələdir”.
Millət vəkili onu da əlavə edib ki, ölkə başçısı bu konfransda hər bir struktura və icra başçısına müəyyən məsələlərin icrası ilə bağlı  konkret tapşırıqlar  verib:
“Bununla da ölkə başçısı tapşırıq verilən məsələlərə ciddi nəzarət olunacağının mesajını vermiş oldu. Yəni, verilən tapşırıqalr vaxtında icra olunmalıdır. Əks təqdirdə, onlar barəsində ciddi ölçü götürüləcək. Bunlar ciddi və önəmli mesajlar idi. Onsuz da ölkə başçısı mütəmadi olaraq yerində olmayan kadrlar barəsində ciddi ölçü götürürdü. Odur ki, hər dəfə olduğu kimi, bu dəfə də məmurlara vətəndaşlarla normal münasibət qurmağı, öz vəzifəsini icra etməyi bir daha xatırlatdı. Bununla da ölkə başçısı bundan sonra  kadr məsələsini  ciddi nəzarətdə saxlayacağı mesajını onların diqqətinə çatdırmış oldu”.
M.B
Etikxeber.az

Read Previous

Türkiyə əhalisinin sayı 80 milyona yaxınlaşdı

Read Next

Ağsu dolaylarının buz bağlamamasına qarşı tədbirlər görülür – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir