Deputat: “Onlar birliklərini qoruyur, bir-birinə dəstək olur, mədəniyyətimizi yaşadır…”

“Xalqımızın fəxarəti – Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz.

Vaxtaşırı deputat fəaliyyəti ilə bağlı xarici ölkələrdə səfərdə oluram, axırıncı dəfə ötən həftə Moldovada oldum”.

Etikxeber.az xəbər verir ki, bunu öz “Facebook” statusunda millət vəkili Aydın Mirzəzadə qeyd edib.

Millət vəkili daha sonra yazıb:

“Həmişə də əsas fəaliyyətimlə yanaşı həmin ölkədə daimi yaşayan azərbaycanlılarla və ali məktəblərdə təhsil alan tələbələrimizlə də görüşürəm.

Mütləq.

Əvvəldən səfirlə əlaqə saxlayaraq diaspor nümayəndələri ilə görüşümün təşkilinə kömək istəyirəm, bəzən isə mənə bildirirlər ki, orada yaşayan azərbaycanlılar mənimlə görüşmək istəyirlər.

Rəsmi tədbirlərdən sonra bütün boş vaxtımızı məhz yeni dostlarımızla təmasa sərf edirik. Bəzən görüşdə iki-üç nəfər olur, bəzən 30-40 nəfərli böyük bir məclis alınır. Onların bir qismi sovet dövründə hərbi xidmətdən sonra orda qalıb, həyatlarını qurublar, bir qisminin isə orda yaşamaqlarının 10-15 illik tarixi var.

Açığını deyim ki, onlarla görüşdən mən böyük bir mənəvi güc alıram. Hamısı həmin torpağın ən prestijli ali məktəblərini bitiriblər. Bir çoxu bu və ya digər formada uğurlu bizneslə məşğuldurlar, səhiyyə, təhsil, mədəniyyət sahəsində yaxşı ad çıxarıblar.

Hamısının öz el-obası ilə sıx əlaqəsi vardır. Öz hesablarına ata-baba yurdlarında məktəb tikdirənlər, su xətti çəkdirənlər, körpü salanlar, yol çəkdirənləri isə sayı-hesabı yoxdur. Övladları artıq valideynlərini də keçiblər, səsləri Harvard, Kembric, Berkli universitetlərindən gəlir.

Xaricdə yaşayan azərbaycanlılar xalqımızın fəxarəti, bizim qızıl-altunlarımızdılar. Onların yaşadılqarı ölkədə nüfuzlarını görmək, parlament, yerli administrasiyalarda uğurlu fəaliyyətlərini görmək insana sevinc yaşadır.

Onlar yaşadıqları yerdə birliklərini qoruyur, bir-birinə dəstək olur, mədəniyyətimizi yaşadırlar.

Onlar Azərbaycanla nəfəs alır, respublika ilə əlaqələrini kəsmirlər, azərbaycanlı ruhu onları heç zaman tərk etmir. Hətta öz diasporlarına nə zamansa respublikamızla əlaqəsi olmuş insanları da cəlb edirlər.

Həmin ölkələrin yerli xalqları xalqımızı birbaşa orda yaşayan həmyerlilərimizin fəaliyyəti ilə tanıyır və ölkəmizə vurulurlar.

Xaricdə yaşayan azərbaycanlılar ! Biz sizləri çox sevirik, sizlərlə fəxr edirik və fəaliyyətinizə uğurlar arzu edirik. Qəlbimiz sizlərlə döyünür!”

Etikxeber.az

Read Previous

Ərdoğan da Putinə başsağlığı verdi

Read Next

“Boyarışnik” içkisindən zəhərlənərək ölənlərin sayı 76 nəfərə çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir