Deputat polkovnikin – MÜDAFİƏSİNƏ QALXDI VƏ…- YENİLƏNİB

Məlahət İBRAHİMQIZI: “Düşünürəm ki, zərərçəkənlər bir daha qazi, polkovnik Vəlişov Qadir qardaşımızın şücaət dolu fəaliyyətini nəzərə alaraq ən qısa zamanda barışıq elan edəcəklər…”

Bu gün ərazimizin 20 faizinin hələ də erməni işğalı altında olduğu zamanda hər bir Azərbaycan vətəndaşı Vətəni uğrunda hər vəziyyətdə canından keçən insanlar qarşısında borcludur.

Bunu Etikxeber.az-a açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

O, qeyd edib ki, 1986-cı ildən Əfqanıstan müharibəsində çətin döyüş yolu keçən, Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçmiş, 1994-cü ildə Füzuli istiqamətində ağır döyüşlər zamanı çox ciddi yaralanan və 1 il müalicə alandan sonra yenidən bir daha ordu sıralarına qayıdaraq, yenidən 15 ilə yaxın hərbi hissə komandiri işləmiş, 2016-cı il aprel də Talış istiqamətində hərbi əməliyyatlarda döyüşən, Lələtəpəyə Azərbaycan bayrağını sancmış və bu döyüşlərdə ağır yaralan Polkovnik Vəlişov Qadir Saday oğlunun məişət zəminində baş vermiş hadısə ilə əlaqədar həbsi hər bir Azərbaycan vətəndaşını dərindən üzür və narahat edir.

Millət vəkilinin sözlərinə görə, ölkəmizin hüquqi dövlət olmasına, qanunun hər bir vətəndaş üçün qeyd şərtsiz ali dəyər olmasına baxmayaraq, şərəfli və çətin mübarizə yolu keçmiş, vətən qarşısında, hər bir azərbaycanlı qarşısında zəngin xidməti olmuş, cəsur qazimiz polkovnik Vəlişov Qadirin məişət zəminində baş vermiş mübahisədə, əsəb-sinir sisteminin gərginliyindən qaynaqlanaraq ( bəlkə də qeyri-ixtiyari) baş vermiş hadisənin mətbuat vasitəsilə bu cür təqdim  edilməsi ədalətsiz olardı.

“Düşünürəm ki, Vətən qarşısında bu qədər xidmətləri olan qazimizin törətdiyi bu hadisəni onun uzun illər stress dolu bir həyat yolu keçməsilə izah etmək olar.

Bu mənada yerli ictimaiyyət, xüsusilə də, hüquq-mühafizə orqanları belə hallara xüsusi həssaslıqla yanaşmalı idi. Bu gün ölkəmizdə cəzaların humanistləşdirilməsi ilə bağlı Prezidentimizin imzaladığı humanist fərman və sərəncamlar, uzun illərdir ki, ölkəmizdə Prezident yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının fəaliyyəti hər birimizdən bu cür münaqişə və insidentlərə humanistcəsinə və fərdi yanaşma tələb edir. Ölkəmizin 1-ci Vitse-prezidentinin təşəbbüsü ilə dəfələrlə Parlamentdə ilə bağlı qərarın qəbul olunması hüquq mühafizə orqanlarını cəza hökmlərindən daha çox barışıq qərarlarına üstünlük vermək üçün çağırışdır.

Sözsüz ki, qazimizin bütün hərbi xidməti Vətənin müdafiəsində keçirdiyi stresslər onun sağlamlıq durumunda ağır izlərsiz ötüşməmişdir. Düşünürəm ki, zərərçəkənlər bir daha qazi, polkovnik Vəlişov Qadir qardaşımızın şücaət dolu fəaliyyətini nəzərə alaraq ən qısa zamanda barışıq elan edəcəklər. Bununla bağlı rayon ictimaiyyəti, ağsaqqal və ağbirçəkləri üzərində də çox ciddi məsuliyyət var.

Bu gün ərazimizin 20 faizinin hələ də erməni işğalı altında olduğu zamanda hər bir Azərbaycan vətəndaşı Vətəni uğrunda hər vəziyyətdə canından keçən insanlar qarşısında borcludur”-deyə, millət vəkili sözlərinə əlavə edib.

***

Həbs edilən “Aprel döyüşləri”nin iştirakçısı polkovnik Qadir Vəlişov azadlığa buraxılıb.

Bu barədə isə mətbuata açıqlamasında Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

Etikxeber.az

Read Previous

Pənah Hüseyn seçkilərə qatılmayacaq…

Read Next

İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli,İkram İsrafil,Osman Kazımov… – “MÜSAVAT” NAMİZƏDLƏRİNİ AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir