Deputat: “Qərb siyasi dairələri anlamalıdır ki…”

“Dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalı, bu məsələ ilə bağlı ikili standartlara yol verilməməlidir. Çünki beynəlxalq miqyasda bir sıra siyasi dairələrin separatizm məsələsinə ikili standartlar əsasında yanaşması bölücülük meyillərinin güclənməsini şərtləndirir”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin  (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr kömitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Avropada separatizmin güclənməsi Qərbin uzun illərdir davam edən ikili standartlar siyasətinin nəticəsidir. Onun sözlərinə görə, Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz mənfi nəticələrini verir. O, qeyd edib ki, bünya birliyi, xüsusilə Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoyaraq separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. MM-in komitə sədrinin müavini bu baxımdan hesab edir ki, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “DQR”-in də faktiki destabillik mənbəyi olduğu birmənalı şəkildə nəzərə alınmalıdır.

“Qərb siyasi dairələri anlamalıdır ki, işğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasının bariz təcəssümü və təzahürüdür. Bu gün separatizm faktı ilə qarşı-qarşıya qalan Avropa siyasi dairələri anlamalıdırlar ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir”– deyə, S.Fətəliyeva daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Rusiyada avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 19-a çatdı – YENİLƏNİB

Read Next

“Küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir…” – ƏLİ HƏSƏNOV – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir