Deputat şəhid Elvin Əhmədovla Həsənəli Abbasovun ailəsini ziyarət etdi – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl ön cəbhədə şəhid olmuş Tovuzun Yuxarı Öysüzlü kənd sakini şəhid Abbasov Həsənəli Çingiz oğlunun ailəsini ziyarət edib,qayğıları ilə maraqlanıb.

Etikxeber.az-ın xəbərinə görə, o, eyni zamanda, Tovuzun ön cəbhə kəndlərində ailələri ziyarət edib, onların qayğıları, problemləri ilə maraqlanıb.

Millət vəkili  ilk öncə Tovuzun Ağdam kəndində sakinlərlə görüşüb, kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq, heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, onların bayramlarını təbrik edib.

Sonra şəhid ailələrini ziyarət edən millət vəkili  kənddə bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Sakinlər millət vəkilindən Ağdam kəndinin bərbad vəziyyətdə olan yolunun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etməsini xahiş ediblər.

Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən millət vəkili Bakıya dönən kimi hökumətə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı tərar müraciət edəcəyini vurğulayıb.

Millət vəkili həmçinin bir neçə gün əvvəl ön cəbhədə şəhid olmuş Tovuzun Yanıqlı kənd sakini şəhid Elvin Əhmədovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.

Millət vəkili bəzi kənd sakinləri ilə də görüşüb və onların qaldırdığı məsələlərlə bağlı müvafiq qurumlarla müzakirə aparacağını bildirib. 

qanira-aqdam

Etikxeber.az

Read Previous

Bahar Muradova kiminlə barışdı? – FOTO

Read Next

“Mədəni irs nümunələrinin “ticarəti” də Ermənistanın dövlət siyasətinin bir parçasıdır” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir