Deputat şəhidin hərbçi qızının müdafiəsinə qalxdı və Zakir Həsənova çağırış etdi…

“Jurnalist dostların bir neçəsi bu yazını göndərib münasibət bildirməmi istəyiblər. Münasibətim ondan ibarətdir ki, müdafiə nazirimiz Zakir Həsənov təcili bu məsələ ilə bağlı ciddi araşdırma aparılmasına göstəriş verməli və məsələni öz nəzarətində saxlamalıdır. Əgər yazılanlar doğrudursa, orduda xidmət etməyi özünə borc bilən şəhid qızına qarşı edilmiş xoşgəlməz hərəkətlərə görə, bu hərəkəti edən ciddi cəzalandırılmalıdır”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Gununsesi.info saytında gedən “Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif-Şikayət” yazısına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, şəhidlər bizim üçün çox əzizdir və şəhid övladına qarşı heç bir xoşagəlməz hərəkəti qəbul edə bilmərik.

“Amma burada söhbət həm də orduda xidmət edən Azərbaycan Qadınından gedir və qızları, xanımları orduda xidmət edən onlarla insanımızın qəlbində, fikrində xoşagəlməz düşüncələrin yaranmaması üçün də bu çox vacibdir. Hər kəs görməlidir ki, orduda qadınlara qarşı yanlış hərəkət edənlər, bu fikirdə olanlar mütləq cəzalandırılır və cəzalandırılacaqlar.

Cənab nazirin şəhid qızının nazirliyə dəvət olunaraq, bu hadisənin qısa zamanda araşdırılması və ictimaiyyətə bi barədə açıqlama verilməsi üçün göstəriş verməsi çox vacibdir. Çünki saytlarda, sosial şəbəkələrdə surətlə yayılan bu xəbər ordumuzun imicinə də ancaq mənfi təsir göstərə bilər və bir qadın millət vəkili olaraq da məsələnin qısa zamada ciddi araşdırılması ilə bağlı nazirliyə xahiş müraciəti göndərəcəm.

Çox pis oldum bu xəbərdən. Həm də çox pis. Məsələyə qısa zamanda aydınlıq gətirilməli və tədbirlər görülməlidir”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Azər Badamovla Aydın Mirzəzadə şəhid Çingiz Qurbanovun ailəsini ziyarət edib

Read Next

Nazir: Azərbaycan ordusu hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir