Deputat: “Sanki İran televiziyalarının Hələblə bağlı məlumatlarını dinləyirsən…”

“Mənim üçün bir məsələ anlaşılmaz qaldı. Suriyanın Hələb şəhərində Əsəd-Rusiya-İran hərbi birləşmələri tərəfindən keçirilən əməliyyatlar nəticəsində burada yaşanan humanitar fəlakət və yüzlərlə insanın zorakılıqla üzləşməsi faktının Azərbaycan televiziyalarının xəbərləridə xilas əməliyyatı kimi təqdim edilməsi görəsən haradan qaynaqlanır? Sanki İranın rəsmi televiziyalarının verdiyi məlumatların təkrarını dinləyirsən”.

Etikxeber.az-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa deyib.

O, deyib ki, Hələbdə İŞİD terrorçilarının və başqa qruplaşmaların olması faktını vurğulamaq olardı, ancaq onlara qarşı da savaşanların terrorçu olduğunu unutmamaq və bunların sırf anti-Türkiyə koalisiyasının üzvləri olduğunu gözardı etməmək lazımdır.

“Digər tərəfdən burada qalan mülki əhalinin Türkiyə ilə daha dərin qohumluq bağları var və indi onların yoğun atəş çəmbərindən xilas olması üçün Türkiyə çox ciddi diplomatik çalışmalar həyata keçirir. Hələb əməliyyatı əslində birbaşa Türkiyənin bölgədə mövqeyini zəiflətmək üçün başladılmışdır və belə anlaşılır ki, Azərbaycanın informasiya məkanındakı Türkiyəyə qarşı olan qüvvələr bunu rəsmi xəbərlərdə ifadə etməyi məqsədəuyğun saymışlar. Halbuki bizim efir məkanında Türkiyənin maraqları müdafiə edilməsə də, heç olmazsa İranın, Rusiyanın maraqlarının müdafiəçisi kimi də görünməməliydik. Hər halda bu məsələyə mütləq aydınlıq gətirilməlidir”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Müsəlman dünyası ilə bağlı məsələlərə müsəlman kimliyi ilə baxmaq lazımdır…” – DEPUTAT

Read Next

“Azərreyl” Çempionlar Liqası yarışlarına qələbə ilə başladı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir