Deputat seçicisi üçün elçilik edəcək

“Təxminən bir saat öncə Zaqataladan şəxsən tanımadığım seçicim zəng edib ki, sizdən qeyri-adi xahişim var: Mənim üçün elçi gedərsiz? Öz də sabah. Donub qaldım. Açığı məndən hər cür xahiş edən, hətta, botoks pulu istəyən belə olub (seçicilərimə aid deyil –onlar həmişə normal xahişlərdə bulunublar), amma beləsi ilə ilk dəfə idi rastlaşırdım”.

Etikxeber.az xəbər verir ki, bunu Zaqataladan millət vəkili olan Elşən Musayev öz “Facebook” statusunda yazıb.

“Ona görə də bu məsuliyyətli işi (etiraf edim ki) boynumdan atmağa çalışdım. Çün, kredit götürəni tapmayanda zamindən yapışılan tək ailədə problem olanda da birinci elçi gələni qısma-boğmaya salırlar.

Amma söhbəti ha fırladım, alınmadı. Dedi, təbliğat çıxışınızda bizə söz vermişdiniz ki, yaxşı və pis gününüzdə sizlərlə bərabər olacam. Bundan da yaxşı gün yoxdu. Di durun gəlin, məsələni həll edin. Üstəlik, qızın atası tərs adamdı, bəlkə sizi görüb inadından vaz keçər.
.
Əlqərəz, rayona hazırlaşıram. Səhər o başdandan durub gedim, axşam da qatarla qayıdım ki, Milli Məclisin Payız sessiyasının ilk iclasına çata bilim”-deyə, millət vəkili daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Sifarişli səyyar “ASAN xidmət”ə “Asan İmza” sertifikatının verilməsi xidməti əlavə olunacaq

Read Next

İtalyanlar vergi fırıldağına görə dünyada öndə gedənlər sırasındadır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir