Deputat “Seçimlərə şərait yaratmaq: əhali dinamikası və dayanıqlı inkişaf” adlı konfransa qatılacaq

İsveçrənin Cenevrə şəhərində “Seçimlərə şərait yaratmaq: əhali dinamikası və dayanıqlı inkişaf” mövzusunda regional konfransda keçiriləcək.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı konfransda iştirak etmək məqsədilə bu gün bu ölkəyə səfər edəcək.

Melahat

Konfrans 2030-cu il üçün Dayanıqlı İnkişaf üzrə gündəliyə uyğun olaraq, 2014-cü ildən sonrakı dövr üzrə qiymətləndirmənin aparılması məqsədilə BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və BMT-nin Əhali Fondu tərəfindən təşkil olunub.

Toplantıda milli, regional və qlobal səviyyələrdə Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ƏİBK) Fəaliyyət Proqramının icrasına dair son 20 ildə əldə edilmiş nailiyyətlər diqqətə çatdırılacaq.

Deputatımız mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verəcək.

Etikxeber.az

Read Previous

Prezident sərəncam imzaladı – 2 MİLYON MANAT AYRILDI

Read Next

Məlahət İbrahimqızı Minsk qrupunu yenidən “topa” tutdu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir