Deputat “Semaşko”-nun baş həkimi haqda: “Oqtay Şirəliyevin ən uğurlu təyinatlarındandır”

“Ötən günlər 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) baş həkimi Ədalət Dadaşovun xəstəxanada pasientlərin pulsuz müalicə edilməsiylə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Baş həkimin sözləri sosial şəbəkədə ələ salınıb və etirazla qarşılanıb. Doğrudur, bəzi məsul şəxslərin Azərbaycan səhiyyəsinin Almaniya və Türkiyə səhiyyəsini ötüb keçdiyini söyləməsinin cəmiyyət tərəfindən ironiya ilə qarşılanması anlaşılandır, çünki reallıqla uyğun gəlməyən bir müqayisə olduğu kimsəyə sirr deyil. Ancaq xalq arasında “Semaşko” adı ilə tanınan xəstəxanada durumun dəyişməsi və pulsuz xidmətlə bağlı səslənən fikirlərə qarşı etirazları haqsız hesab edirəm”.

Etikxeber.az xəbər verir ki, bunu Fazil Mustafa dilə gətirib.

O, qeyd edib ki,  şəxsən tanıdığına görə deyə bilər ki, səhiyyə naziri Oqtay Şirəliyevin ən uğurlu təyinatlarından biri məhz Ədalət Dadaşov kimi dürüst və vicdanlı bir həkimi 1 saylı Klinik Tibbi Mərkəzin baş həkimi vəzifəsinə təsdiq etməsidir.

“Bütün məsuliyyətimlə deyirəm, bu cür peşəkar və vicdanlı insanların rəhbər vəzifələrə irəli çəkilməsi səhiyyə sistemimizə güvənin artmasına səbəb olar.

Ona görə də hər bir adamı top atəşinə tutmazdan öncə, yaxından tanımaq və barəsində gerçək bilgi əldə etmək daha doğru olardı”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Əliqanlı cinayətkarların ədalətli mühakiməsi önünə çıxarılacağı gün… – Deputat yazır

Read Next

Politoloqdan deputata dəstək: “Zeynəb Xanlarovanın çıxışı ciddi mesajdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir