DEPUTAT SUAL ETDİ: “Avropa, kimdir sivil, kimdir mədəni?”

“Ermənistan işğal etdiyi Şuşa şəhərində məscidi dağıdıb, Bakıda isə erməni qriqorian kilsəsi dövlət tərəfəndən qorunur. Ermənistan həm Ermənistandakı, həm də işğal etdiyi ərazilərimizdəki Azərbaycan qəbiristanlıqlarını dağıdıb, qəbirüstü mərmərləri söküb aparıb, Azərbaycanın isə bölgələrindəki qəbirstanlıqlarındakı erməni qəbirləri salamat qorunub saxlanılır”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə deyib.

O, qeyd edib ki, Ermənistanda bir nəfər də azərbaycanlı yaşamır, Azərbaycanda isə 30 min nəfər erməni əsilli insan yaşayır.

Onun sözlərinə görə, Diləm Əsgərov və Şahbaz Quliyev adlı azərbayacnlılar öz ölkələrində valideynlərinin qəbirlərini ziyarət etmək üçün ölkənin bir tərəfindən o biri tərəfinə getdikləri üçün Ermənistan işğalçı qüvvələri onları tutub həbsdə ağır vəziyyətdə saxlayırlar, Bakıda anadan olub, Rusiyada yaşayan erməni əsilli Yuri Sarkisov isə sakitcə Bakıya gəlib anasının qəbrini ziyarət edir.

“Yemək zamanı isə özünün dediyinə görə, qarşısında üç ofisiant durur.

Avropa, kimdir sivil, kimdir mədəni ?”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Şəxsiyyət vəsiqəsində Yabı Saqif sözünün yazılmasının nəyi pisdir ki?..” – DEPUTAT

Read Next

Qızıl 3 dollar bahalaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir