Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Aydın Mirzəzadə parlamentdə büdcə müzakirələrində çıxışı zamanı deyib ki, 2018-ci ilin büdcə zərfi dünənin, bu günün və gələcəyin iqtisadi analizinin nəticəsidir.
Etikxeber.az xəbər verir ki, millət vəkilinin bildirdiyinə görə, çox sevindirici haldır ki, son illər həm də ölkənin sosial-iqtisadi inkişaf mərkəzi paytaxtdan bölgələrə keçir:
“Büdcədə də bu məqamı aydın görmək mümkündür və bu proses sürətləndirilməlidir”.
A. Mirzəzadə çıxışında həmçinin təhsil kreditləri məsələsinə toxunub.
“Təhsil kreditləri ilə bağlı məsələ də neçə illərdir ki, müzakirə mövzusudur. Təhsil Nazirliyi də bununla bağlı müvafiq addımlar atır. Bu gün Azərbaycanda 162 min tələbə təhsil alır. Amma mənim bildiyim qədər ötən il ərzində cəmi 200 tələbə kredit imkanından yararlana bilib. Mətbuatdan əldə etdiyim məlumata görə, 7 min tələbə isə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil dalınca gedə bilməyib. Bu, çox böyük və narahatedici göstəricidir. Ona görə də bu məsələni həll etmək üçün Təhsilə Yardım Fondu yaradılmalıdır. Bunun məlum problemin həllinə çox böyük xeyiri olar”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.
Millət vəkili eyni zamanda, Bakıda tıxacların aradan qaldırılması ilə bağlı təklif irəli sürüb. A.Mirzəzadə bildirib ki, tıxacların həll edilməsi üçün dövlət tərəfindən xeyli işlər görülür, yollar genişləndirilir, körpülər, tunellər tikilir:
“Ancaq bir problem həll olunmasa, tıxacların aradan qaldırılması mümkün olmayacaq. Yolların bir hissəsi avtomobil dayanacağı kimi istifadə olunur ki, bu da tıxacların yaranmasına səbəb olur. Sahibkarlara deyəndə ki, niyə çoxmərtəbəli avtomobil dayanacağı tikmirsiniz, deyirlər ki, ora qoyulan vəsaiti qaytarmaq olmur. Ona görə təklif edirəm ki, çoxmərtəbəli avtomobil dayanacağı tikən sahibkarları vergidən azad edək, onlara dəstək göstərək. Dəstək göstərək ki, dayanacaqlar tiksinlər. Xaricdə də belədir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az