Deputat vəkilə qarşı sərt ittihamlar irəli sürdü…

Millət vəkili Adil Əliyev öz “Facebook” səhifəsində paylaşdığı statusunda tanınmış vəkil Aslan İsmayılova qarşı sərt ittihamlarla çıxış edib.

Etikxeber.az xəbər verir ki,  buna səbəb A.İsmayılovun bakipost.az saytına müsahibəsində 2005, 2010, 2015-ci illər parlament seçkiləri ilə bağlı səsləndirdiyi  fikirlər olub.

“Mən Aslan İsmayılovun fəaliyyətinə müdaxilə etmək fikrində deyiləm. Ona görə də mənə aid olan hissəsinə münasibət bildirmək istəyirəm. Aslan İsmayılov deyir ki: “2005-ci ildə yığılan səslər sayılanda doğrudan da birinci Adil Əliyev olub, amma məsələ burasındadır ki, o səslər nəyinsə gücünə yığılmışdı”. Ona demək istəyirəm ki, biz səsimizi gecə-gündüz çalışdığımız əməyin, zəhmətin və düzgün təbliğatın gücünə yığmışıq”-deyə, qeyd edən millət vəkilinin yazdığına görə, A. İsmayılov bildirir ki, namizədlərin imkanları bərabər deyilmiş:

“Əlbəttə bərabər deyildi. Mən min bir əziyyətlə küçə-küçə, ev-ev təbliğat aparanda Aslan İsmayılov Amerikaya səfər etməyi vacib bildi və ora getdi. Mən seçicilərimlə görüşüb, onlara öz platformamı, görüləcək işlərimi bildirəndə, İsmayılov okeanın o tayında hansısa danışıqlar aparırdı. Təbii ki, seçicilərə onları yarı yolda buraxıb qaçan namizəd, millət vəkili lazım deyil. O özü çox yaxşı bilir ki, Adil Əliyev qanunun tələblərinə uyğun olaraq təbliğatını aparıb və seçicilərin rəğbətini qazanıb.

Sonra müsahibəsində parlamentdə “otura bilərdim” fikrini bildirir. Keçmiş rəqibim cəmi iki-üç cümləylə özünü ifşa edib. Başqa misallar, sübutlar, arqumentlər lazım deyil, elə öz dedikləri ilə, aşağıda qeyd edəcəyim cümlələrə fikir verməklə bizə yönəlik ittihamların nə qədər saxta və əsassız olduğunu göstərmək olar”.

Deputatın qeyd etdiyinə görə, adamdan soruşarlar ki, əgər həqiqətən hökumətdən heç bir təmənnan yox idisə, mandat istəmirdinsə, o zaman nəyə görə, ölkə Prezidenti İlam Əliyevin qəbuluna getmişdin?

“Yaxşı getdin və qəbulda oldun. Sənə öz tərzinlə desək, “şərt qhoydular”, sən də tutaq ki, özün demiş, “qəbul etmədin”. Bəs bilə-bilə ki, şərtləri qəbul etməmisən və sən seçilməyəcəksən, o zaman niyə namizədliyini irəli sürürdün? Maraqlısı odur ki, hər yerdə də deyirdin ki, qəbulda olmuşam, mən seçilmişəm. Əslində isə belə anlaşılır ki, sən gedib demisən ki, mən deputat olmaq istəyirəm, orda da sənə deyiblər ki, seçilmək üçün namizədliyini ver, seçicilərin etimadını qazan, seçkini ud, deputat seçil. Sən də namizədliyini verib, qaçdın Amerikaya şad xəbər verməyə ki, “dobro” almışam, təbliğat üçün pul verin.

Aslan İsmayılov 5 deputat seçkilərində iştirak etdiyini söyləyir. Təkcə 3 seçkini mənə məğlub olub və ya qaçıb. Aslan İsmayılov sinəsinə döyür ki, böyük vəzifələrdə işləyib. Soruşuruq ki, niyə axıra qədər həmin vəzifələrdə işləməmisən? Prokurorluqdan və Prezident Administrasiyasından qovulmusan, ən nəhayət, Vəkillər Kollegiyasından uzaqlaşdırılmısan. Aslan İsmayılovun “gerçək fəaliyyəti” bundan ibarətdir.

Aslan İsmayılov müsahibəsində bildirir ki, seçkidə guya onun qalib gəlməsini hamı bilir. Görəsən, “hamı” dediyi kimdir? Məncə, onun “hamı”sı boş-boş xülyalardır. Əslində, Aslanın uduzduğunu, seçicilərin böyük bir qisminin etimadını qazandığımı prosesi izləyən hər kəs bilir, hətta onun ən yaxın silahdaşları da bunu etiraf edib. Məsələn, yadımdadır ki, İsmayılovun həmkarı Qurban Məmmədov bu barədə hətta, yazı da yazmışdı…”-deyə, millət vəkili daha sonra qeyd edib.

aslan

Etikxeber.az

Read Previous

Kukla Teatrı yanvar repertuarını açıqladı

Read Next

Tramp Nyu-Yorkda mətbuat konfransı keçirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir