Deputat yağışın fəsadlarından yazdı…

Tovuza yağan leysan yağışlarının törətdiyi fəsadlar yavaş-yavaş tam aradan qaldırılır.

Bir az əvvəl rayonumuzun icra başçısı ilə də danışdıq.

Yağan güclü leysan yağışları nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə dolan yağış suları ilə bağlı suçəkmə işləri sona çatıb.

Keçiddən də sular çəkilib. Yağan güclü yağışlar zamanı bu vəziyyətin təkrarlanmaması üçün rayon icra hakimiyyəti başçısı Məmməd müəllim o bölgənin kanalizasiya sisteminin yaxşılaşması ilə bağlı işlər görüləcəyini də vurğuladı.

Çox şükür ki, kəndlərimizə, insanlarımızın əkin sahələrinə böyük ziyan dəyməyib.

Güclü yağış başlaması xəbərini alandan çox narahat idik.

Çünki belə dövrlərdə güclü yağış çox davam edərsə əkin sahələrinə böyük zərər vurur.

Çox şükür böyük zərərlər olmayıb.

Kənd insanlarının gəliri kənd təsərrüfatıdır və ciddi problemlər ailənin vəziyyətini ağırlaşdırır.

Allah özü kömək olsun insanlarımıza!

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Prezident 3 ölkənin səfirini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Nə qədər gec deyil…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir