DEPUTAT YAZIR Kİ…”Keçmişə qayıtmaq istəyirəm”

Bu gün təsadüfən “Əhmədli”dəki məhəlləmizdən keçdim.

Tam dəyişib.

Kimi bağının hasarını söküb, kimi evinin qabağında dükan açıb, kimi qarajın qarşısında nəsə qoyub satır…

O vaxtkı insanların, maşınların, evlərin, həyət-bacanın dəyişməsi normal, məntiqli də…, amma sanki məhləmizin rəngi dəyişmişdi, çəhrayı idi, tünd eynəklə baxılırmış kimiydi…

Bir pilləkənimiz vardı, onu qalxmadan həyətin oyun meydanına adlamaq mümkün deyildi.

Yanından ötdüm.

Əlimlə toxunmaq istədim o pilləkənlərə.

Fəqət, cürət etmədim. Çat-çat idi.

İllər onun da bağrını çatlatmışdı.

İnsanın 23 il yaşadığı məkanda bir tanış görməməyi çox qəribə hissdir.

Bir vaxt kimisə tanımasan heyrətlənərdin, indi isə tanısan…heyrətlənərsən.

Sərv çinarlardan başqa hər şey yad idi…

P.S. Keçmişə qayıtmaq istəyirəm…

Özümlə götürəcəklərim var…

Elşən Musayev,

Millət vəkili

Gununsesi.info

Read Previous

Prezident yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul etdi- FOTO

Read Next

QDİƏT PA-nın komitə iclası keçirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir