Deputat Zatulinlə bağlı Rusiyadakı səfirliyimizə müraciət etdi

Rusiya Dövlət Dumasının deputatı  Konstantin Zatulin yenə sərsəmləyib.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin xüsusi içlasında millət vəkili, tarixçi alim Musa Qasımlı deyib.

O, bildirib ki, hər zaman antiAzərbaycan mövqeyində olan, ermənilərə xidmət edən rusiyalı deputat bugünlərdə yenidən Azərbaycana qarşı, xüsusilə,  ölkə Prezidenti İlham Əliyevin indiki Ermənistan ərazisindəki tarixi Azərbaycan torparqları ilə bağlı səsləndiriyi  fikirlərlə  əlaqədar yalanlar, böhtanlar uydurub.

musa-qasim

“Bu adam sərsəmləmələrindən əl çəkmir. Onun kimilərə isə ən yaxşı cavab spikerimiz Oqtay Əsədovun atası, mərhum tarixçimiz Sabir Əsədovun vaxtı ilə yazdığı əsər, kitab olar. Allah Sabir müəllimə rəhmət etsin, o,zamanında  çox böyük tarixi əhəmiyyətli iş görüb, “Qərbi Azərbaycanın tarixi coğrafiyası” adlı kitab yazıb. Bu kitab 11 il öncə Sank-Peterburqda rucsa nəşr edilib. Ona görə yaxşı olardı ki, Sankt-Peterburqdakı baş konsulluğumuz, Rusiyadakı səfirliyimiz  bu kitabın təkrar nəşrinə nail olsun, onu Rusiyanın siyasət-dövlət adamlarına, Dumanın üzvlərinə  paylasınlar. O zaman Zatulinlər də, digərləri də bilər ki, indiki Ermənistan ərazisindəki torpaqlar kimə məsusdur”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Zatulinin dedikləri fakt deyil, böhtan, qarayaxma və şüvənlikdir – ELDAR İBRAHİMOV

Read Next

Rəsulzadəyə lazımi qiymət vermirik – DEPUTATDAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir