Deputata töhmət-VERİLDİ…

Noyabrın 7-də Milli Məclisin (MM) İntizam komissiyasının iclası keçirilib.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a bildiriblər ki, iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb.

Komissiyanın üzvləri qeyd edib ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında deputat B.Məhərrəmovun İran və İranın Ali Rəhbərinin ünvanına səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.

Komissiyanın üzvləri bildiriblər ki, deputat Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onlar əmin olduqlarını vurğulayıblar ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz.

Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat barəsində töhmət intizam tədbirinin tətbiqi haqqında qərar qəbul edib.

Etikxeber.az

Read Previous

“İşğalçı, faşist Ermənistanla hələ də diplomatik əlaqələr qurmayan Özbəkistanın Azərbaycana dəstəyi dostluq və qardaşlığımızın əyani ifadəsidir…”-ELDAR İBRAHİMOV HƏM DƏ DAHA 16 KƏNDİMİZİN, XÜSUSİLƏ, XOCALININ İKİ KƏNDİNİN İŞĞALDAN AZAD OLUNMASINDAN DANIŞDI, BUNLARI TARİXİ HADİSƏ, ZƏFƏR ADLANDIRDI – MÜSAHİBƏ

Read Next

Düşmən yenidən Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya-ATƏŞİNƏ TUTUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir