Deputatdan Cahangir Hacıyev, Fazil Məmmədov və Rüfət Aslanlı ilə bağlı ilgiinc – TƏKLİF

Cahangir Hacıyevin,  Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar  dövlət büdcəsinə, ordan şəhid ailələrin sığorta pulllarına ödənilsin.

Etikxeber.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentdə DSMF-nin büdcəsinin müzakirələrində çıxışında deyib.

Millət vəkili Qarabağ uğrunda müharibədə 24000 vətən övladının şəhid olduğunu qeyd edib:“Mən hesablamışam ki, onların hər birinə kompensasiya verilsə, bu da 264 milyon manat vəsait edir. Bu adamlar öz evlərini, mal-qarasını satıb silah alaraq vuruşublar. Əgər pul yoxdursa, mənbəni deyim.

Cahangir Hacıyevin Londondakı malikənələri, həmçinin Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar  dövlət büdcəsinə, ordan şəhid ailələrin sığorta pulllarına ödənilsin”.

 

Vahid Əhmədov: Heç cür başa düşmürəm ki, qadınları niyə 65 yaşında pensiyaya çıxarırıq?

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təzə nazir gəlib, müəyyən işlər görülüb, amma bu, azdır”.

Bunu isə çıxışında  millət vəkili Vahid Əhmədov deyib.

VAHİD-2

O, qeyd edib ki, nazirlikdə ciddi islahatlara ehtiyac var:“Biz 2018- ci il sığortaedənlərlə bağlı 30 və 60 faiz civarında güzəşt etmişdik. Sığortaedənlərin 371  milyon debitor borcu var idi. Bu müddət ərzində onun cəmi 65 milyonu ödənilib. Nazir yaxşı olardı ki, dövlət büdcəsindən transfert tələb etməkdənsə,  debitor borcunun tam ödənilməsini həyata keçirəydi”. V. Əhmədov sonra pensiya yaşının qaldırılması məsələsinin nəticələrini tənqid edib: “Biz pensiya yaşını çoxaltdıq. Qadınları da gətirib kişilərlə eyniləşdirdik. Amma bu, nəyə gətirib çıxardı, büdcəyə nə xeyir vardı? Mən heç cür başa düşmürəm ki, qadınları niyə 65 yaşında pensiyaya çıxardıq? Dünyada əksinə, bir işləyənə, bir pensiyaçı düşür. Amma pensiya yaşını artırmaqla nə qazandıq ki?! Nazirdən həmçinin xahişim odur ki, həkim tibbi ekspertizanı ciddi nəzarətə götürsün. Əlillik dərəcəsinin verilməsi ilə bağlı hər gün bizə şikayətlər gəlir. Kefləri necə istəyirsə,  elə də əlillik dərəcəsi verirlər”.

Millət vəkili Qüdrət Həsənquliyev öz növbəsində ölkədə uşaq artımında yaranan problemdən narahatlığını ifadə edib:

“Hadi müəllim özü çıxışında bildirdi ki, uşaq doğumu 174 mindən 103 minə düşüb. Bu, çox narahatedici bir məsələdir. Hesab edirəm ki, bu məsələdəki problemlərin həlli ilə bağlı ciddi addımlar atılmalıdır. Bu məsələnin kənara atmaq olmaz”.

YAP-çı deputat Elman Məmmədov  hökumət üzvlərini tənqid etdi…

“Hökumət üzvləri elə küllü-külfətli yığışıb, gediblər.Cəmi iki nəfər hökumət üzvü iclasdadır. Biz kimə danışırıq?! Belə çıxır ki, özümüz danışıb, özümüz eşidirik? Bu, düzgün münasibət deyil”.

Bunu çıxışında YAP-çı deputat Elman Məmmədov deyib.

Spiker Oqtay Əsədov isə deputala razılaşmayıb: “Hökumət üzvləri iki gündür ki, burdaydılar. İndi onlara aid məsələ müzakirə olunmadığına görə, icazə verdim, getdilər. Aidiyyəti qurumlar isə burdadırlar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qoy bu proses uzadılsın…” – ELMİRA AXUNDOVA DAHA NƏLƏRDƏN DANIŞDI?

Read Next

Parlamentdə vitse-spikerlə deputat arasında mübahisə yaşandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir