Deputatdan Avroparlamentə sərt təpki

“Son vaxtlıar Avropanın bir sıra strukturları, qeyri-hökumət təşkilatları Azərbaycana qarşı çirkin hücuma keçiblər”.

Etikxeber.az məlumat verir ki,  bunu Milli Məclisin (MM) növbəti plenar iclasında çıxış edən deputat Məlahət İbrahimqızı deyib.

O,  bildirib ki, iki gün əvvəl Avropa Parlamentinin hazırladığı hesabatda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qeyd olunan fəsillərdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilib.

Onun sözlərinə görə,  halbuki Avropa ParlamentiAzərbaycanın ərazi bütövlüyünün pozulması, təcavüzə məruz qalması, 1 milyon qaçqın və məcburi köçkünün olması ilə bağlı dörd qətnamə qəbul edib:

“O qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, qaçqınların dərhal öz yurdlarına qayıtmasının zəruriliyi qeyd-şərtsiz əks olunub. Bəs, niyə Avropa Parlamenti indi susur? Azərbaycan torpaqları işğaldan azad oldumu? Qaçqınlar qayıtdımı? Sentyabrda Avropa Parlamentinin BMT-yə göndərdyi, eləcə də ayın 15-də qəbul etdiyi sənədlər bir daha göstərir ki, bu qurum müstəqil deyil və erməni lobbisinin təsiri altında olmasını gizlədə bilmir. Bu yaxınlarda İspaniyanın Kataloniya bölgəsi liderinin həbsindən sonra onu siyasi lider yox, cinayətkar adlandırmaları, amma Azərbaycanda konkret cinayətə görə həbs edilənləri siyasi məhbus adlandırmaları bir daha onu göstərir ki, bizə qarşı qərəzli mövqe var. Dövlətimizə, dövlət rəhbərimizə qarşı çox qərəzli mövqe tutublar”.

Deputat Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyəti adından Avropa Parlamentinə etiraz bəyanatı göndərilməsini təklif edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Burada iclas gedir, siz orada ikinci iclas açmısınız” – SPİKERDƏN ETİRAZ – FOTO

Read Next

YAP rəsmisindən “Müsavat”a ittiham

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir