Deputatdan “Azəriqaz”a sərt ittihamlar….

Yaz sessiyanın planı kifayət qədər dolğun və mənalıdır, vacib və aktual qanun layihələri daxil edilib. Mən bir dənə də qanun layihəsi ya da müvafiq qanunlara dəyişiklik etməsi haqqında demək istərdim. İki il öncə mən bir vacib məsələyə toxunmuşdum, indi yenə də o məsələyə qayıtmaq istərdim. Çünki bir qadın, bir ana kimi eşidəndə ki, dəm qazından Bülbülə qəsəbəsində bütöv bir ailə, yəni ana və üç azyaşlı uşaq birdən birə zəhərlənərək dünyasını dəyişib belə xəbərlər məni çox sarsıdır. Statistikaya görə artıq bu illəri dəm qazından dünyasını dəyişən insanların sayı yüzlərcədir. Və artıq həyəcan təbili çalmaq lazımdır!  

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elmira Axundova parlamentin  yaz sessiyasının ilk plenar iclasında səsləndirib.

O, qeyd edib ki, əgər günah 50-60 faiz insanların özündə olsa da, qalan 50 faizi yenə də “Azəriqaz” birliyinin işindədir:

“Söhbət nədən gedir, mən özüm bütün ömrümü demək olar ki köhnə məhəllədə yaşamışam, yəni Sovetski, Yuxarı Naqornı, Mustafa Sübhi küçələrində qazla olan məsələlərə indi də yaxşı bələdəm. Mənim yaxınlarım danışır ki, bu ərazilərdə qaz keçmişdəki kimi qeyri stabil olaraq verilir, yəni gündüz saatlarında qaz təzyiqi zəifləyir, gecə saatlarında isə 3-4 dəfə güclənir ya da, soyuq havada görürsən ki, birdən birə qazlar tamamilə kəsilir, əhali isə bu barədə əvvəlcədən məlumatlandırılmır. Və bunun nəticəsində onlarla bədbəxt hadisə baş verir. Buna görə də əhali günahkardır?

 Belə bəlaların qarşısının alınmasını düşünərkən ilk növbədə hər bir evdə avtomatik təhlükəsizlik qurğularının yerləşdirilməsi ağlımıza gəlir. Mən yenə də Azəriqaz, Socar rəhbərliyindən təkidlə xahiş edərdim ki, qaz xətləri yeni qurulan zaman evlərdə sayğacla yanaşı dəm qazını hiss edən avtomatik təhlükəsizlik qurğusunu da yerləşdirsinlər. Artıq mövcud olan abonentlərin mənzillərində isə bu qurğular məcburi qaydada quraşdırılsın. Və ən əsası isə Azəriqaz istehsalat birliyinin əməkdaşları geniş miqyaslı yoxlamalara başlasınlar ki, evlərdə bacalar, qaz aparatları düzgün quraşdırılıbmı, onlar normal işləyirmi, zəhərli maddələr evdən çıxırmı və sair. Əgər hansısa abonent təhlükəsizlik qaydalarına əməl etmirsə Azəriqaz əməkdaşları onlara qarşı ciddi tədbirlər görməlidirlər. Mən başa düşürəm ki, həmin əməkdaşlar vətəndaşlara qarşı humanist yanaşaraq belə hallar aşkar edərkən onlarla mülayim davranırlar, çünki bu abonentlər əsasən az təminatlı ailələrin üzvləridir, ona görə qaz verilməsini dayandırmırlar, gələn dəfəyə qədər özünüz bu halları aradan qaldırın deyib gedirlər. Amma  gələn dəfə artıq gec olur: həmin vətəndaş ya onun ailə üzvləri dünyasını dəyişirlər. Bu problem Azərbaycanda çox kəskin qalmaqdadır, əsasən də qış aylarında. Və mən onun kompleks şəklində, özü də dövlət səviyyəsində həllinin tərəfdarıyam.

Bununla əlaqədar mən bir il öncə qanun təşəbbüsü ilə təklif hazırlayaraq müvafiq komitəyə vermişəm. Xahiş edirəm ki, bu təklifi yenidən nəzərdən keçirəsiniz”.

Etikxeber.az

Read Previous

Millət vəkilləri 38 məsələni müzakirə edəcək – BU GÜN

Read Next

Sosial şəbəklər məsələsi parlamentin yenidən gündəmində – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir