Deputatdan daha bir “21 sentyabr” açıqlaması: “ŞƏRƏF TARİXİMİZDİR…”

“Azərbaycan Parlamenti Azərbaycanın özü kimi 100 illik çox şərəfli bir yol keçib. Biz bu gün Azərbaycan Parlamentinin 100 illiyini ölkəmizin, müstəqilliyimizin, Azərbaycan Xalq Cümhuriyyətimizin 100 illiyi kimi təntənəli bir şəkildə qeyd edirik. Bu tarix bizim şərəf, ləyaqət, dövlətçilik, parlament ənənələri tariximizdir. Fəxr ediləsi, qürur duyulası, sevindirici hal bundan ibarətdir ki, bu Parlament Şərqdə ilk Demokratik Respublikanın parlamentidir. Digər tərəfdən Şərqdə ilk dəfə qadına seçmək və seçilmək hüququnun verdiyi bir parlamentdir. Mövcud olduğu gündən bu günə qədər əlbəttə ki, Azərbaycan Parlamentinin həm təntənələri, həm də keçməkeşli günləri çox olub”.

Etikxeber.az xəbər verir ki, Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bütün dövrlərdə Sovet rejimində belə Azərbaycan Parlamenti, nümayəndələri, təmsilçiləri hər bir zaman öz dövlətlərinin mənafeyi baxımından çıxış ediblər:

“Azərbaycan Parlamenti haqqında danışırıqsa, biz xüsusilə müstəqillik tariximiz, dövrü Azərbycan Parlamenti haqqında söhbət etməliyik. Əlbəttə ki, bu parlamentin başlanğıcı 1918-ci ildə qoyulub. Biz o insanları – ilk parlamenti çağıran, təsis edən insanlarımızı qəhrəman adlandırırıq. Biz onların işini, böyük fəaliyyətini, əməyini yüksək qiymətləndiririk. Heç də təsadüfi deyil ki, ölkə başçısı cənab Prezidenti İlham Əliyev də verdiyi böyük bir tarixi Sərəncamla böyük qədirbilənlik ortaya qoydu və Azərbaycan dövləti və Azərbaycan Demokratik Respublikasının Parlamentini yaradanların xatirəsini əbədiləşdirmək və həmin günlərə bir daha dönmək üçün çox əhəmiyyətli tarixi Sərəncam verdi. Azərbaycan Parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd edilməsi də həmin tədbirlərin bir davamıdır. Azərbaycan Parlamentinin xüsusilə də 1990-cı illərdən sonra Azərbaycan öz müstəqilliyini elan etdiyi tarixdən etibarən keçdiyi yol çox əhəmiyyətlidir. Çünki bu bizim ən yeni tariximizdir və müstəqillik tariximizlə bərabərdir. Həmin illərdə Azərbaycanın hansı problemlərlə qarşılaşdığını hər birimiz bilirik.

gunn-2

bugunnn-11

BU GUNNN-2

binal-10

O dövrdə məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan Parlamentinə rəhbərlik etməsi, ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi sayəsində Azərbaycan yox olmaqdan, məhv olmaqdan qurtuldu. Beləcə Azərbaycan Parlamenti özünün yeni tarixini yazmağa başladı. Ümummilli Lider Heydər Əliyevlə birlikdə başlayan yeni işıqlı, parlaq, təmiz bəmbəyaz səhifələrini yazmağa başladı. Bu gün də Parlamentimiz böyük şərəflə öz fəaliyyətini davam etdirir. Azərbaycan Parlamenti sağlam düşüncəli insanların oturduğu bir yerdir. Azərbaycan Parlamenti dövlətini həddindən artıq çox sevən, dövlətçiliyinə bağlı olan, Prezidentinə bağlı olan insanlardılar. Parlamentimizdə müxtəlif partiyaların nümayəndələri var. Amma bütün bu insanların, deputatların hər birini bir yerdə birləşdirən bir amal var o da Azərbaycanın bütövlüyü, bugünkü xoşbəxtliyi və gələcək işıqlı sabahıdır.

jala aliyeva

Bu amal naminə biz hər birimiz cənab Prezidentimizin yanındayıq və onun dönməz ordusunun əsgərləri olaraq özümüzü hesab edirik. Cənab İlham Əliyevin Azərbaycan Parlamentindəki bugünkü çıxışına görə də ayrıca təşəkkür edirik. Dövlət başçısı bizim fəaliyyətimizə qiymət verdi. Onun sözləri bizim üçün çox əhəmiyyətli və qiymətli idi. Fəxr edirik ki, biz Azərbaycan Parlamentinin bugünkü 100 illiyində iştirak edirik”.

Etikxeber.az

Read Previous

100 illik yubiley tarixdə daim öz şərəfli yerini qoruyub, saxlayacaq – AKADEMİK

Read Next

“Florens” qasırğası qurbanlarının sayı 43 nəfərə çatdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir