“Deputatdan düşmən obrazı formalaşdırmaq cəhdləri də görürük…” – HADİ RƏCƏBLİ

Bizim ölkəmizdə də yatırım qoyanlar az deyil, prezidentimiz çağırış edib. Nə olar, qoy burada da yatırım qoysun, xaricdə də… Vergidə, gömrükdə islahatlar aparıldı, sahibkarlıqda qeydə alınma ilə bağlı, özəl sektorda işləyənlərdən vergi tutulması ilə bağlı islahatlar aparıldı. Məqsəd nədir: vəsaiti xaricə aparma, burada qoy!

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli “Yeni Müsavat”a müsahibəsində deyib.

“Trollar yazırlar e… Gərək biz sahibkardan düşmən obrazı yaratmayaq, onu ruhlandıraq, həyat yolunu açaq, bilinsin ki, o hansı çətinliklərdən keçib. Yenə də gələk müxalifət-iqtidar debatlarına, söyüşlərə, dağıdıcı mövqelərə… “Adamları çağıraq, sökək, sındıraq, dağıdaq” …

Dünya təcrübəsi göstərir ki, bu, heç bir fayda verməyib. Deputatdan düşmən obrazı formalaşdırmaq cəhdləri də görürük… Deputatdır, seçilib. Mənim seçicilərim bilirsən necə qırğın salırlar, nə ixtiyarın var mənim deputatımı təhqir edirsən, onun ünvanına yalan deyirsən?! Neyləyək, necə edək? Yola veririk, dözürük”-deyən komitə sədrinin sözlərinə görə, çalışmalıyıq ki, Azərbaycan vətəndaşında əməyə, işləməyə, sahibkarlıq fəaliyyətinə məhəbbət yaradaq və ona kömək edək, yardımçı olaq.

“İcra başçıları da, vergi, gömrük sistemi də… Bu gün mənim prezidentimin istəyi budur. Gəlin biz bu işləri həyata keçirək. Görürsünüz vergidə, gömrükdəki dəyişikliklər nə qədər gəlir gətirdi? Zamana ehtiyacı olan məsələlər də var. Mən “Savalan” çaxırının dünyadakı şöhrətindən danışdım.

hadi-çin

Hələ digər ekoloji təmiz məhsullarımız da var. Mən bu arada 6 ölkədə olmuşam, ABŞ-da, Belarusda, Vyetnamda, Çində, İranda və s. Görüb, müqayisə etməyə imkanlarım yaranıb. Mənim yenə də o trollara, dövlətin əleyhinə çalışan adamlara çağırışım nədir? Gəlin, üzbəüz danışaq! Fəzail Ağamalının, Çingiz Qənizadənin keçirdiyi müzakirələri təqdir edirəm.

Anonim yazmaq nədir axı? Mən səni görmürəm, tanımıram, amma sən mənim haqqımda ağzına gələni yazırsan! Sən gəl, məni gör, tanı, bir söhbət edək, bəlkə heç bu yazdıqların doğru deyil…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Minimum əmək haqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var” – EKSPERT

Read Next

Minimum əmək haqqı gəlir vergisindən azad oluna bilərmi? – RƏY

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir