Deputatdan həmsədrlərə və Bordyujaya kəskin etiraz gəldi

“Bu gün Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisə birbaşa Ermənistanın və işğalçı ölkənin silahlı qüvvələrinin təxribatıdır. Tovuzla, aidiyyatı qurumlarla tez-tez danışırıq. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını layiqli şəkildə alıb,sərhədlərimizi, mülkü vətəndaşlarımızı qoruyublar. Müdafiə Nazirliyinin yaydığı məlumatda da deyildiyi kimi, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Amma təssüf ki, işğalçı Ermənistan və onların havadarları hər zaman olduğu kimi, yenə də yalan idddialarla Azərbaycanı günahlandırmağa çalışırlar. Bu, ilk hadisə deyil,son zamanlar Tovuz istiqamətində və digər istiqamətlərdə işğalçı ölkənin ordusu dəfələrlə təxribatlara əl atıblar, amma hər dəfə də ordumuz layiqli cavabını verib”.

Etikxeber.az xəbər verir ki, bunu Tovuzdan millət vəkili olan Qənirə Paşayeva dilə gətirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin təmsilçiləri ümumi açıqlamalar verməkdənsə, işğalçı ölkədən işğalı bitirməsini tələb etsələr o zaman münaqişə də həllini tapa bilər.

“Bir az əvvəl oxudum ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibi Nikolay Bordyuja baş verən hadisəni təxribat adlandırıb. Amma bu təxribatı törədən ölkənin Ermənistan olduğunu deməyib. Hər zaman olduğu kimi…

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun taleyi bütün ölkəmizi və insanlarımızın diqqətindədir.

Onun taleyinə aydınlıq gətirilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparmağa başladığını açıqlayıb.

Allah əsgər qardaşımıza yardımçı olsun və tezliklə onun taleyi ilə bağlı məlumatlar aydınlaşsın və müsbət xəbərlər alaq inşallah! Ölkəmizin bütün istiqamətlərində olduğu kimi, Tovuz istiqamətində də ordumuz düşmənə layiqli cavab vermək səviyyəsindədir və bütün insanlarımız inanır ki işğalçı ölkənin hər bir təxribatının qarşısı layiqincə alınacaq. Allah bütün ordumuzu, əsgər və hərbiçilərimizi qorusun!”-deyə, o, daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Musiqili Teatr beynəlxalq festivalda iştirak edəcək- FOTO

Read Next

Əliyev ailəsi ilə birgə açılışa qatıldı – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir