Deputatdan-HÖKUMƏTƏ, ƏHMƏDZADƏYƏ ÇAĞIRIŞ…

Əkin mövsümü başlanır. Biləsuvar sakinlərinin də dolanışığı torpaqdan çıxır, əhalinin böyük əksəriyyətini pambıqçılıqla məşğuldur. Amma insanların əkin sahələrini suvarmağa suyu yoxdur. Düzdür, çətin bir dövrdən keçirik, ölkə koronovirusla mübarizəyə səfərbər olunub. Lakin mövsüm də gözləmir, yəni heç bir tədbir əkin sezonunu əngəlləyə bilməz.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

O, qeyd edib ki, su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər təcili görülməlidir və hesab edirəm ki, vaxtında tədbirlər görülməsə rayon iqtisadiyyatı da, əhalinin güzaranı ciddi zərbə altında qalacaq.

“Onsuz da koronovirusla mübarizə tədbirləri Biləsuvarda əhalinin dolanışığına təsir edib.Təbii ki, biz bu tədbirləri alqışlayırıq, həyati əhəmiyyətli hesab edirik. Lakin bütün bunların fonunda ikinci bir zərbənin də susuz qalmış əkin sahələrindən gəlməsi əhalini çıxılmaz vəziyyətə salar. Ona görə də aidiyyatı qurumlardan – Azərbaycan Hökumətindən, xüsusən Meliorasiya və Su Təsərrüfatı ASC-dən bu məsələyə xüsusi diqqət ayırmalarını xahiş edirəm və bununla bağlı müraciətimi onlara da ünvanlayıram”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Metrolar, bazarlar bağlanmalı, FÖVQƏLADƏ VƏZİYYƏT, KOMENDANT SAATI ELAN OLUNMALIDIR-FAZİL MUSTADAN ÇAĞIRIŞ

Read Next

Qadağaları pozan sürücü və sərnişinlərə cərimə və ya bir ayadək inzibati həbs cəzası tətbiq ediləcək-DYP

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir