DEPUTATDAN QINAQ VƏ ÇAĞIRIŞ: “Hamımızın üzərinə böyük məsuliyyət düşür”

“Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində həyatını itirən tələbələrimizə Allahdan rəhmət, yaralılarımıza acil şəfalar diləyirik. İnanırıq ki, bu faciəli hadisənin başvermə səbəbləri ciddi araşdırılacaq”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

O, qeyd edib ki, yol qəza hadisələrinin azalması üçün dövlət qurumlarının və cəmiyyət olaraq hamımızın üzərinə böyük məsuliyyət düşür.

“Həyatını itirən gənc balalarımız hamımızı üzməklə yanaşı, bu cür hadisələr hamımızı ciddi narahat da etməlidir.

Bu cür hadisələri yaradan səbəblərə qarşı, onların aradan qaldırılması istiqamətində mübarizəmizi güclədirməliyik”– deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Avtombillərə oyuncaq kimi baxmaqdan qurtulmalıyıq”- Baş redaktordan çağırış

Read Next

“Niyə özləri bu haqda hesabat hazırlayıb dünya ictimaiyyətinin diqqətinə çatdırmır?” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir