Deputatdan sosial şəbəkələrlə bağlı DİN-ə çağırış

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu  Daxili İşlər Nazirliyinin Baş İadrəsini sosial mediaya qarşı tədbirlər görməyə çağırıb.

Etikxeber.az-ın məlumatına görə, deputat bunu Milli Məclisin (MM) İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında iştirak edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərova müraciətlə deyib.

hikmet-babaoqlu

Millət vəkili  bildirib ki, klassik mətbuatdan fərqli olaraq, sosial media insan alverini, uşaqlara qarşı fiziki təcavüzü təbliğ edir:

“Mən sizi sosial mediaya qarşı tədbir görməyə çağırıram və əminəm ki, sizdə bununla bağlı proqram var. Məsələn, bu yaxınlarda hansısa orta məktəbdə uşağa qarşı fiziki təcavüzü sosial şəbəkələrdə geniş yaydılar. Bu, bir yandan informasiyanın yayılmasına xidmət edirdisə, digər tərəfdən bu hadisəni təbliğ edirdi. Ona görə də, mütləq sosial mediaya qarşı tədbirlər görülməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Parlamentdə “dilənçilər”-“qaraçılar” mübahisəsi…

Read Next

5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir