Deputatdan təklif- PARLAMENTDƏ BÜDCƏYƏ NƏZARƏT KOMİTƏSİ YARADILMALIDIR

Millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı büdcə vəsaitlərinin mənsimsənilməsnə görə konkret faktların əksin tapmasının vacibliyini vurğulayıb.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bildirib ki,  hesabatda bu barədə konkretlik yoxdur:
“Məsələn, mən hesabatda görmədim ki, büdcə vəsaitlərini mənimsəməyə görə, nə qədər cinayət işi var?! Kimlər cinayət məsuliyyətinə cəlb olunub, bu barədə heç nə deyilmir…Hansı ki bunlar hesabatda olmalıdır”
O, bu baxımdan təklif edib ki, parlamentdə Büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır.
“Bütün ölkələrdə belə komitə var və dünya praktikasına əsasən də, bu komitəyə sədr  parlamentdəki müxalifət təmsilçilərindən biri seçilir. Hesab edirəm ki, artıq bizdə bə belə bir komitə yaradılmalıdır. Buna çox ciddi ehtiyac var”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Hesablama Palatasının hesabatı dinlənilir – MİLLİ MƏCLİSDƏ

Read Next

Siyavuş Novruzov bankları “topa” tutdu: “Onların ciddi nöqsanları nəticəsində… “

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir