Deputatdan tibbi maariflənmə, sonsuzluq və koxlear implantasiya ilə bağlı önəmli təkliflər…

MUSA QULİYEV: “Reproduktiv sağlamlıqla layihəni artıq gecikdirmək olmaz, onu payız sessiyasının müzakirəsinə çıxarmaq olar. Çünki buna böyük ehtiyac var. İnsanlarımız illərdir bu qanunu səbirsizliklə gözləyir”

Qənirə Paşayeva: Ailələr çox zaman övladsızlığa görə dağılır

Azərbaycanda ən ciddi məsələlərdən biri tibbi maariflənmədir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) Səhiyyə komitəsinin sentyabrın 25-də keçirilən iclasında deyib.

GANİRA-MM

O, qeyd edib ki, insanlar arasında tibbi maariflənmə çox aşağı səviyyədədir:

“Hesab edirəm ki, bu məsələdə ən böyük missiya həm də medianın üzərinə düşür. Çünki bəzi qanunlarda da media, maariflənmə ilə bağlı məqamlar nəzərdə tutulur. Məsələn, el arasında  “SPİD” kimi tanınan QİÇS xəstəliyi ilə bağlı qanunda əhalinin maarifləndirilməsi məsələsi nəzərdə tutulur. Amma təəssüflər olsun ki, medaiamızda , cəmiyyətimizdə tibbi maarifləndirmə çox aşağı səviyyədədir. Ona görə təklif edərdim ki, yaxın gələcəkdə meda mənsublarının, Mətbuat Şurasının iştirakı ilə bu mövzuda dinləmə təşkil edilsin və bu məsələ komitəmizin  işlər planına daxil edilsin”.

Millət vəkili sonra təklif edib ki, koxlear implantasiya ilə bağlı 2019-cu ilin büdcəsində vəsait nəzərdə tutulsun:

“Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı o qədər çox deyil ki, onlarla bağlı maliyyə dövlətimiz, büdcəmiz üçün ağırlıq yaratsın. Çünki bu əməliyyat  çox bahalı əməliyyatdır, insanlarımızın buna da imkanları çatmır. Həmçinin, bu əməliyyat çox erkən, 0-6 yaşlar arasında aparılmalıdır. Ondan sonra aparılmasının o qədər də xeyiri, səmərəsi olmur. Bu məsələni də illərdir qaldırırırq və bu gün də hesab edirəm ki, bu əməliyyatla bağlı növbəti ilin büdcəsində mütləq maliyyə vəsaiti nəzərdə tutulmalıdır”.

Q.Paşayeva həmçinin, sonsuzluq probleminə, övladların dünyaya gəlməməsi səbəbindən ailələrin dağılması məsələsinə toxunub:

“Bu gün ailələrin çoxu sonsuzluğa, övladın olmamasına görə dağılır. Bu, çox ciddi bir problemdir. Bir neçə il öncə süni mayalanma, reproduktiv sağlamlıq məsələsi gündəmə gələndə inssanlarda bir ümid yaranmışdı. İnsanlar ümidlənmişdi ki, bu məsələ  artıqqanunvercilik şəkilində tənzimlənəcək. Amma hələ də bu məsələdə bir irəliləyiş yoxdur. Ona görə  təklif edirəm ki, ailələrin dağılmaması, cəmiyyətimizin daha güclü olması üçün növbəti ilin büdcəsində belə problemləri yaşayan ailələrə maliyyə vəsaiti ayrılsın və onların övlad arzusu baş tustun. Bunu mərhələ-mərəhələ də etmək olar. Çox istərdim ki, süni mayalanma ilə bağlı büdcədən vəsait ayrılsın”.

musa-teze

Mill Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə xatırladıb ki, dövlət başçısının özünün birbaşa tapşırığına əsasən, koxlear implantasiya və qüsurlü ürək problemləri yaşayan uşaqların əməliyyatları ilə bağlı büdcədən 4 milyon manat vəsait ayrılıb:

“Belə düşünürəm ki, dövlət başçısınm həmin tapşırığından sonra 2019-cu ilin dövlət büdcəsində də bu problemlə bağlı vəsait ayrılacaq”.

M. Quliyev eyni zamanda, reproduktiv sağlamlıqla bağlı məsələyə toxunaraq deyib ki, bu yöndə qanun layihəsi artıq tam təkmil haldadır:

“Hesab edirəm ki, həmin layihəni artıq gecikdirmək olmaz, onu payız sessiyasının müzakirəsinə çıxarmaq olar. Çünki buna böyük ehtiyac var. İnsanlarımız illərdir bu qanunu səbirsizliklə gözləyir”.

Ahliman

Adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov da koxlear implantasiya ilə bağlı vəsaitin ayrıldığını bildirib və qeyd edib ki, növbəti ilin büdcəsində də bu məsələ üçün maliyyə vəsaitinin ayrılması gözləniləndir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Komitə sədri bəzi həkimləri əxlaqsız və vicdansız adlandırdı…

Read Next

İcbari tibbi sığorta, şəkərli diabet və tibbi optika ilə bağlı dinləmələr keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir