Deputatın “Biz türk deyilik” açıqlamasına reaksiyalar gəldi…

“Bu coğrafi arealda  yaşayan hər bir etnikin milli kimliyi bəllidir və bu, heç kəsdə şübhə doğurmamalıdır. Hətta, düşmənlərimiz belə bizim hansı milli kimliyə məxsus olduğumuzu deyir”.
zahid_oruc_esas
Etikxeber.az xəbər verir ki, bunu mətbuata  açıqlamasında millət vəkili Zahid Oruc Milli Məclisin (MM) Regional məsələr komitəsinin sədri  Arif Rəhimzadənin məlum “Biz türk deyilik” açıqlamasına və bunun ətrafında yaranan qalmaqala mövqeyini bildirərkən deyib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, ermənilər bizə türk deyir, onda niyə biz  özümüz milli kimliyimizi söyləməməliyik:
“İkincisi, bayrağımızda da  milli kimliyimizi ifadə edən atribut var. Bayrağın rənglərindən biri  elə  türlküyün rəmzidir.
Üçüncüsü, Azərbaycanda  hər hansı milli etnik kimliyin  şübhə altına alınması fikrini qəbul etmirəm. Dünyada Avropa ölkələrində bununla bağlı oturuşmuş mövqeyin tərəfdarıyam. Artıq bu ölkələrdə milli kimlik  məsələsi yox, vətəndaşlıq məsləsi təqdim olunur.
Bu gün ABŞ  yüzlərlə etnosun birliyindən formalaşan bir ölkədir”.
 Konkret olaraq A. Rəhimzadənin çıxışına gəldikdə isə millət vəkili deyib ki, bu məsələdən istifadə edib  onun şəxsiyyətinin üzərinə hücum çəkilməsinin əleyhinədir.
“Mən Arif müəllimin məlum iclasdakı çıxışından məlumatlıyam. Arif müəllim  həmin tədbirdə də hər zaman olduğu kimi, Azərbaycanı  və milli maraqlarımızı çox ləyaqətlə  müdafiə edən bir çıxış edib. Hansı ki, Arif müəllimin  hər zaman belə çıxışları olub. Sadəcə, o, bunu reklam etməyib. Arif müəllim ziyalı, hər zaman milli maraqlar məsələsində  prinspial mövqdə dayanan insanlardan biridir. Ona görə də istəyirəm ki, bu hadisələrdən istifadə edib, “onu linç etmək lazımdır”- deyə, mübarizəyə qalxmasınlar”.
Millət vəkili həmçinin hesab edir ki, bundan istifadə edib “hakimiyyətdə, parlamentdə antitürk qüvvələr var”-deyib, hücuma keçmək istəyənlər  mövcuddur:
“Onlar bundan bəhrələnib,  məqam gözləyir ki, millət içərisində parçalanma yaratsınlar”.
Z.Oruc əlavə edib ki, milli kimlik məsələsi mənəviyyatla bağlı məsələdir.
“Yəni, kim özünü hansı milltədən hesab edirsə, deməli, həmin şəxs həmin millətin nümayəndəsidir”- deyə, o, vurğulayıb.
Millət vəkili sonda onu da əlavə edib ki,  A. Rəhimzadə  Milli Məclisdə Azərbaycan-Rusiya Parlamentlərarası əməkdaşlıq qrupunun toplantısındakı çıxışında bildirib ki, biz azərbaycanlı olaraq türkdilli xalqlar qrupundanıq:
“O demədi ki, biz türk deyilik. Sadəcə, dedi ki,  biz azərbaycanlı olaraq türk millətinin bir qoluyuq və bizə də türk deyirlər. Ancaq biz Azərbaycan türküyük”.
fezail
Millət vəkili Fəzail Ağamalı isə deyib ki, azərbaycanlıların türk olması müzakirə predmeti ola bilməz :
“Azərbaycanda türklərlə bərabər, bir sıra etnoslar da yaşayır . Və biz çox mehriban bir şəraitdə yaşayırıq.  Bizim xalqımız da türkdür və buna da heç kəsin şübhəsi olmasın”.
arif
Onu da qeyd edək ki, A. Rəhimzadə özü də  məsələyə aydınlıq gətirərək  deyib ki,  fikirləri qərəzli şəkildə təhrif olunub.
“Həmin iclasda mən deməmişəm ki, biz türk deyilik. Bununla bağlı fikirlərim təhrif olunub. Mən demişəm ki, biz etnik cəhətdən türkük, ancaq xalq kimi azərbaycanlıyıq. “Haqqın.az” saytı məndən acıqlı olduğu üçün, hər dəfə əleyhimə yazır. Onlar ümummilli lider Heydər Əliyevin məşhur “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” fikirlərini xatırladıb. Ancaq eyni zamanda ulu öndər “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyib. Onu da yazaydılar da!” – deyə, deputat bildirib.
Etikxeber.az

Read Previous

Filarmoniya və Mədəniyyət kanalının birgə konserti keçiriləcək

Read Next

“İLK ALQIŞIN ƏKS-SƏDASI” – Akademik yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir