Deputatın işi, vəzifəsi yol, su, işıq…çəkmək deyil…Amma…Qızılhacılı haqqında-ÜÇÜNCÜ YAZIM – KAMİL HƏMZƏOĞLU

Goranboy, xüsusilə də, bizim kəndin (qəsəbənin)-Qızılhacılının da daxil olduğu 97 saylı Seçki Dairəsinin Gültəkin xanımdan və Qüdrət bəydən (Həsənquliyevdən) sonra deputat sarıdan bəxti gətirməyib…

Allah Ramiz Mehdiyevin “torbasını” birdəfəlik tiksin…

2010-cu ildə Gültəkin xanımın “torbasını” tikdi və heç nədən öz şəxsi, murdar…çıxarları naminə onu iqtidarla düşmən etdi…Altını da son 10 il ərzində seçicilər çəkdi…

2005-2010-cu illərdə artıq bizim Dairənin deputatı deyildi, bizim kənd (qəsəbə) və başqa bir neçə kənd (o cümlədən, Ağdam və Tərtərin bir neçə kəndi) başqa Dairəyə daxil edildi, daha doğrusu, yeni Dairə yaradıldı…

Ancaq buna baxmayaraq, yenə də insanlar ona üz tuta, sözünü deyə və imkan olan dərəcədə onun vasitəsi ilə problemlərinin həllinə nail ola bilirdi…

2010-cu ildən sonra-nə hörmətli ziyalımız Gülçöhrə xanım, nə Ağalar müəllim ( 5-ci və 6-cı çağırış Milli Məclisin (MM) üzvü kimi bizim Dairəni təmsil edib, edir), nə də o biri-Naftalan-Goranboy Seçki Dairəsinin keçmiş deputatı Mahir Aslanov (yeni deputat Anar bəy artıq fəallığı ilə seçilir, davamlı, uğurlu olsun) seçicilərin-seçicilərinin imdadına yetişə bildi, yetişdi.. Təəssüf ki, bu gün də vəziyyət dəyiməz qalır…

Qızılhacılı ilə bağlı son iki yazımda da dediyim, qeyd etdiyim kimi, kəndimizin-tarixi qəsəbəmizin “n” qədər köklü problemləri var-su, yol, işıq, məktəb, uşaq bağçası, göz görə-görə tarixi binanın-Hacı Həvil ağanın evinin uçub-dağılması…

Bəlkə də başqa qızılhacılılar, başqa goranboylular… dözə bilər, artıq mən bir ziyalı, bir qələm əhli, bir sadə vətəndaş kimi dözə bilmirəm…Bu problemlərin acilən həllini gözləyirəm…

Ağalar müəllim onsuz da MM-də çox deyib-danışmır, heç olmasa, bu məsələlərin aidiyyatı qurumlar qarşısında qaldırılmasına və həllinə çalışsın, nail olsun…Həmkarlarından-az sayda fəal olan bir neçəsindən…nümunə götürsün…

Mən heç də o fikirdə deyiləm ki, deputatın işi yol, su, qaz, işıq…çəkməkdir…Xeyr, bu fikirdə… deyiləm, sovet düşüncəsindən çox uzağam, amma deputat xalqının, konkret seçicisinin səsi olmalıdır, problemlərini usanmadan dilə gətirməlidir… Amma…

Mən onsuz da Qızılhacılıda yaşamıram, 31 ildir Bakıda yaşayarım, amma ora mənim doğma, ata-baba-dədə yurdum, ocağımdır, bu gün də orada evimiz-eşiyimiz var…

Amma Qızılhacılımın, 20-ci əsrin 3-5 ziyalı, modern…kəndindən (qəsəbəsindən) birinin bugünkü halı, durumu məni çox üzür, çox…

Bu gün çox hörmətli və dəyərli Mehriban xanımın başçılıq etdiyi Heydər Əliyevin Fondunun təşəbbüsü, köməyi ilə nə az-nə çox – daha 62 təhsil müəssisəsinin tikilib, bərpa olunub, yenidən qurulub, istifadə verildiyini eşitdim…Bu haqda bütün saytlar, agentliklər yazdılar…

Böyük işlərdir, böyük addımlardır…Həm sevindim, həm də…

Çünki çox istərdim ki, Qızılhacılıda da yeni (bir saylı) məktəb, həmçinin, uşaq bağçası tikilib istifadəyə veriləydi, həmin siyahıda, 62-lərin arasında olaydı…

Amma ümidimi də itirmirəm, yəqin ki, yaxın zamanlarda Qızılhacılı ilə də bağlı bu yöndə, həm də kompleks addımlar atılacaq! Ümidimiz Sizlərədir-cənab Prezident, hörmətli Mehriban xanım!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru

Etikxeber.az

Read Previous

“Şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir”-SAMİR NURİYEV KORRUPSİYAYA QARŞI MÜBARİZƏ KOMİSSİYASININ SƏDRİ SEÇİLDİ – FOTO

Read Next

“Ana əllərinin istisinə həsrət qalan Zəhramız bu gün atalı-analı uşaqlardan seçilmədisə, onun yaşadığı sevincin xoşbəxtliyini biz də dadıb, ürəkdən bir oxxaayyy deyə bildiksə, deməli günümüz boşuna keçməyib…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir