Deputatın tələbə qızlarla bağlı təklifi – DƏSTƏKLƏNDİ

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin tələbə qızların ödənişli təhsildən azad olunması ilə bağlı təklifinə ziyalılardan, millət vəkillərindən artıq dəstək gəlməyə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili, professor Aytən Mustafayeva həmkarının təklifini “gözəl təklif” adlandırıb.

O, bunları qeyd edib:

“Gözəl təklfdir, Musa müəllim.

Tamamilə sizinlə razıyam ki, bu, erkən nikah, selektiv abort problemlərinin qarşısın alınması, gənc ailələrin maddi vəziyyətini yaxşılaşdırılması və gələcəkdə savadlı anaların yeni nəsli tərbiyə verməsi çox vacibdir”.

BAXCP rəsmisi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də millət vəkilinin təklifini təqdir edib.

“Musa müəllim, çox gözəl təşəbbüsdür!

Gələcəyimiz qadınlarımızın nə dərəcədə savadlı, təhsilli olmasından asılıdır!”-deyə, E. Mirzəbəyli qeyd edib.

Qeyd edək ki, M. Quliyev Etikxeber.az-a açıqlamasında bunları bildirib:

“…Çox istərdim ki, yaxın vaxtlarda biz elə bir qanun qəbul edək ki, bütün qız uşaqlarının xərcləri dövlət tərəfindən ödənilsin. Xüsusilə, atası olmayan qız uşaqlarının xərcləri birinci növbədə dövlət tərəfindən ödənilsin. Özü də istər özəl, istər dövlət təhsil müəssisələrində.

Dövlət təhsil müəssisələrində isə bütövlükdə qız tələbələrin xərcləri dövlət tərəfindən ödənilsin. Qeyd edim ki, ali məktəb tələbələrinin 46 faizini , yəni 75  min nəfərini qızlar təşkil edir. Onların əksəriyyəti yüksək bal yığıb ödənişsiz təhsil alanlardır.

Onu da xatırladım ki, bu il təhsil xərcləri üçün büdcədən 2 milyard 285 milyon manat vəsait ayrılıb. Odur ki, fikrimcə, gələn ilin büdcəsinə əlavə 100 milyon manat ayrılarsa, yaxud, 4,3 faizlik artım edilərsə, bütün qız tələbələrin təhsil haqlarının dövlət tərəfindən qarşılanması mümkün və problem öz həllini tapmış olar…”.

Etikxeber.az

 

Read Previous

Generalın qaynı oğlunu qətlə yetirən şəxs tutuldu…

Read Next

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 8 min 40 müraciət daxil olub – AVQUSTDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir