Deputatın yeni kitabının məsləhətçisi Əli Həsənovdur

Millət vəkili Aydın Mirzəzadənin ” Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabı işıq üzü gördü

aydin-kitab

“Bu gün mənim tərtibçiliyimlə ” Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitab nəşrdən çıxdı. Kitabın məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

aydin mirza-1

 

O, qeyd edib ki, kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyevanı və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib:

“Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaramış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insidentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib.

Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıbdır.

Erməni xalqı nümayəndələrinin fərqli münasibətləri də kitabın tərkib hissədir.

Kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiçəsinin tarixi, Ermənistan silahlıq qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materillar vardır.

On bir fəsil, 288 səhifəlik kitabda 296 rəngli şəkil verilmişdir.

Kitab 500 tirajla “Azərbaycan” nəşriyyatında çap olunub.

Kitabı buraxmaqda əsas məqsədlərdən biri də bu ağır tarix anı ilə gələcək nəsilləri faktoloji formada tanış etməkdir.

Kitab politoloqlar, tarixçilər və problematika ilə maraqlananlar üçün nəzərdə tutulub.

Kitab yaxın günlərdə Fizuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcəkdir.

Kitabda AZƏRTAC , Sia.az, Report.az, Azvizion. az, Publika.az, 1news.az, Modern.az, APA, Armenia.az saytlarının, CBC və ARB telekanallarının və bir sıra xarici mətbuat orqanlarının materiallarından istifadə edilmişdir.

Kitabın üz qabığındakı kollajın müəllifi olke.az saytının baş redaktoru Məmməd Gülmmədovdur.

Kitabın tərcümə edilərək xarici ölkələrdə çap edilməsi də nəzərdə tutulur.

“Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabı mənim sayca on ikinci kitabımdır”.

Etikxeber.az

Read Previous

Şəki-Kiş avtomobil yolunun tikintisinə 4,8 milyon manat ayrıldı – SƏRƏNCAM

Read Next

“Nə yaxşı ki, ən yuxarıdakı KİŞİ Hadı müəllimin dostudur!” – MUSA URUD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir