Deputatın Zərdabla bağlı qaldırdığı daha bir məsələ öz-MÜSBƏT HƏLLİNİ TAPDI…

Bir neçə gün öncə Zərdab rayon Mərkəzi Xəstəxanasına yeni təcili yardım maşını verildi. Aldığımız xəbərə çox sevindik.

Etikxeber.az xəbər verir ki, bunu 92 saylı Seçki Dairəsini parlamentdə təmsil edən millət vəkili Jalə Əliyeva deyib.

“Son illərdə bu məsələ ilə bağlı əlaqədar qurumlara, o cümlədən Səhiyyə Nazirliyinə bir neçə dəfə müraciət etmişdik.

Rayon Mərkəzi Xəstəxanasına təcili yardım maşını təmin edilməsi haqqında son bir il ərzində isə üç dəfə – 15.03.2019 tarixində Nazirlər Kabinetinin Parlamentdə hesabatı zamanı, daha sonra Parlamentin 11.06.2020-ci il tarixli iclasında hökümət üzvlərinə müraciət etmiş, eyni zamanda, Baş Nazir cənab Əli Əsədova, Parlament tribunası vasitəsilə qaldırdığımız məsələlər haqqında yazılı müraciət etmiş, seçicilərimizi narahat edən məsələlərdən bir qismini səsləndirmişik“-deyən millət vəkili təklifinin nəzərə alınmasına və atılan addıma görə, Baş Nazirə minnətdarlığını bildirib.

“Vətəndaşlarımızın istəklərini nəzərə aldıqları və rayonumuza təcili yardım maşını təmin etdikləri üçün hörmətli Əli Əsədova təşəkkür edir, digər xahiş və təkliflərimizin də nəzərə alınacağına dərin inamımızı ifadə edirik”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Deputat “Əsrin müqaviləsi”nin 26 illiyindən-YAZDI…

Read Next

Daha 148 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir