Deputatlar Azərbaycanın narahatçılığını gürcülərin diqqətinə çatdırdı – FOTO – YENİLƏNİB

Mayın 8-də Milli Məclisdə (MM) Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

ETikxeber.azxəbər verir ki, MM-in Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əflatun Amaşov görüşdə ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışaraq, qeyd edib ki,  bu əlaqələr yüksək səviyyədədir:

“Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən layihələr regionun inkişafı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyində də vacib rol oynayır. Sənaye, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq da inkişaf edir”.

Vurğulanıb ki, parlamentlərarası dostluq qrupları arasında əlaqələr də yüksək səviyyədədir”.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament Dostluq Qrupunun sədri Zviad Dzidziquri ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb.

O, ölkələrimizin beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəklədiyini bildirib.

Vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasında elə bir məsələ yoxdur ki, müzakirə edilib müsbət nəticə əldə olunmasın.

Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva deyib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında mərhum Heydər Əliyevin misilsiz xidmətləri olub:

“Bu gün Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində böyük rolu var”.

Görüş zamanı  millət vəkilləri həmçinin Qarabağ müharibəsində qətllər törətmiş erməni terrorçu, separatçı Mixail Avakyana Gürcüstanda qoyulmuş abidə ilə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını Gürcüstan deputatlarının diqqətinə çatdırıblar.

gurcut

***

MM sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.

Ziyafət Əsgərov Azərbaycanın və Gürcüstanın strateji tərəfdaşlar olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində yaxşı əlaqələr var.

Bildirilib ki, Azərbaycanın və Gürcüstanın geosiyasi mövqeyinə əsasən burada baş verən proseslər Avropada və digər yerlərdə öz nəticəsini göstərir. Azərbaycan karbohidrogen ehtiyatlarını Avropaya Gürcüstan vasitəsilə nəql edir. Bu da hər iki dövlətin əhəmiyyətini olduqca artırır.

Zviad Dzidziquri isə deyib ki, parlamentlərarası əlaqələr bizim üçün çox mühümdür. Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu əlaqələrin inkişafinda fəaldir. Gürcüstan tərəfi də əlaqələrin inkişafı üçün addımlar atır. Gürcüstanın və Azərbaycanın ortaq dəyərləri var. Bizim problemlərimiz də ortaqdır. Bunlardan biri də ərazi bütövlüyü məsələləridir. Bu problemləri bir-birimizə dəstək olaraq həll edə bilərik. Gürcüstanla Azərbaycan müxtəlif iqtisadi layihələrdə birgə iştirak edir. Ölkələrimizin və xalqlarımızın dostluğu sarsılmazdır.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bu, gələcək 100 il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək” – SPİKER – FOTO

Read Next

Xəzərdə gəmidə qəza baş verdi- 14 NƏFƏR YARALANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir