Deputatlar Belçikada keçiriləcək “Dəyirmi masa”da iştirak edəcək

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev, Kamran Bayramov və Rövşən Rzayev martın 5-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, deputatlar Avropa Siyasət Mərkəzi, LİNKS qeyri-hökumət təşkilatının birgə təşəbbüsü və Avronest Parlament Assambleyasının üzvü, Avropa Parlamentində Yaşıllar siyasi qrupunun sədr müavini Heidi Hautalanın ev sahibliyi ilə keçiriləcək “dəyirmi masa”da iştirak edəcəklər.

Tədbirdə “Azərbaycan-Avropa İttifaqı münasibətləri: əlaqələri daha yüksək səviyyəyə çatdırmaq” mövzusunda müzakirələr aparılacaq. Milli Məclisin komitə sədri Fuad Muradov toplantının aparıcılarından biri olacaq.

Deputatlarımız, həmçinin Avronest PA və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində bir sıra görüşlər keçirəcəklər.

Səfər martın 9-da başa çatacaq.

Etikxeber.az

Read Previous

Daha bir intihar xəbəri gəldi – NEFTÇALADAN

Read Next

“Mançester Yunayted”in ev oyunlarında azarkeşlərə şərab satılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir