Deputatlar dekabrın 22-də-5 MƏSƏLƏNİ MÜZAKİRƏ EDƏCƏKLƏR…

Milli Məclisin (MM) dekabrın 22-də keçiriləcək iclasının gündəliyi məlum olub. 

MM-in mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:

1. Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik  edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4.”Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun haqqında layihəsi (ikinci oxunuş).

5.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Etikxeber.az

Read Previous

Ağdamkənd kəndindən videogörüntülər-YAYILDI – VİDEO

Read Next

“Ölkə Prezidentinin də bəyan etdiyi kimi, Qarabağı biz özümüz dirçəldəcəyik, onu biz özümüz dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik…”-ELDƏNİZ SƏLİMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir