Deputatlar diplomatların “savaş”ından danışdılar və …

Deputat Zahid Oruc Azərbaycanın Ukraynadakı səfirliyinin binasının təmiri ətrafında yol verilən korrupsiya ilə bağlı sabiq və indiki səfirlər arasında gedən qarşıdurmaya münasibət bildirib.

Etikxeber.az xəbər verir ki, o, çıxışında qeyd edib ki, hazırkı səfir sabiq səfiri Kiyevdəki səfirliyin binası zamanı yeyintiyə yol verdiyini iddia edir:

“Sabiq səfir isə bunu təkzib etməkdədir. Belə bir məsələ niyə medianın gündəminə çıxarılmalıdır? Bu yolverilməz haldır. Bu, ölkənin imicinə zərbə vurur. Məsələni Ukraynada müzakirə etməkdənsə, Azərbaycanda müzakirə etsələr daha yaxşı olar”.

Deputat Rüfət Quliyev də Zahid Orucun səsləndirdiyi fikri dəstəkləyərək, belə bir məsələnin ictimailəşdirilməsinə lüzum görmədiyini qeyd edib: “Mənə zəng edib deyiblər ki, sabah bununla bağlı mətbuat konfransı olacaq. Orada adıçəkilən problemə aydınlıq gətiriləcək. Mən də belə bir məsələsinin başqa ölkədə müzakirəsinin tərəfdarı deyiləm. Belə hallara yol vermək olmaz”.

Qeyd edək ki, söhbət hazırkı səfir Azər Xudiyev və sabiq səfir Tələt Əliyevdən gedir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Zahid Orucdan Tamerlan Qarayevə – TƏLƏB

Read Next

Cərimələr artırılır?…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir