Deputatlar “Diqlas”dan danışdılar, sığorta məsələsini qabartdılar…

Fazil Mustafa: Bu məsələdə öz funksiyasını yerinə yetirən yeganə şəxs dövlət başçısı oldu

Deputat Siyavuş Novruzov “Diqlas” ticarət mərkəzində baş verən yanğından danışıb.

Etikxeber.az xəbər verir ki, o, parlamentin martın 29-da  keçirilən iclasında qeyd edib ki, bir gün öncə prezident İlham Əliyevin  sədrliyi ilə yanğınla bağlı müşavirə keçirildi və sığorta lə bağlı göstəriş verildi: “Ancaq müvafiq komitədə bununla bağlı layihələr hazırlanmalıdır ki, insanların əmlakını sığortalanması burada öz əksini tapsın. Bəzi hallarda insanlar sığorta etmir. Bir hadisə baş verəndə dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyir. Əgər hansı hadisə baş veərsə sığorta şirkətləri məsuliyyəti öz üzərilərinə götürürlər. Təəssüf ki belə hadisələrdən istifadə edənlər var. İnsanları mitinqlərə çağırır və müxtəlif çağırışlar edirlər. Ötən il prezident seçkilərindən sonra bütün məsələlər prezidentin diqqətindədir. Prezident ümumxalq səsverməsindən sonra elan etdi ki, problemlər həllini tapacaq. Mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Bunun üçün milyardlarla vəsait ayrılır. Bu gün mitinq keçirmək, üç-beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər ortaya çıxıb. Burada məqsəd ölkədə gedən islahatları çəkindirmək, baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir.Adi yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamailə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər. Onların qibləsi ABŞ-dır. Azərbaycan dövləti xalqın yanındadır. Ölkə başçısı ötən gün də söylədi ki, baxmayaraq ki yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır”.

fazail_agamali_141015

FƏZAİL AĞAMALI:Elə etmək lazım deyil ki, bu və ya bənzər hadisələr baş verəndə bunu dövlət öz üzərinə götürsün

Deputat Fəzail Ağamalı isə çıxışında vurğulayıb ki, dövlət başçısının  addımını yüksək qiymətləndirir: “Biz istina etmirik  ki, bu və ya bənzər hadisələr gələcəkdə də olmaya bilər. Bu kimi məsələləri tam dövlətin üzərinə qoymaq düzgün deyil. Elə etmək lazım deyil ki, bu və ya bənzər hadisələr baş verəndə bunu dövlət öz üzərinə götürsün.  İnkişaf etmiş ölkələrdə olduğu kimi sığorta şirkətləri işlək mexanizmlə fəaliyyət göstərsin. Ancaq bu şirkətlər üzərinə düşənləri yerinə yetirə bilmirlər. Bu institut elə formalaşmalıdır ki, Azərbaycan vətəndaşları sığorta şirkətlərinə daşınar və daşınmaz əmlaklarını etibar edə bilsinlər”.

fazillllllll

Deputat Fazil Mustafa da həmkarı F. Ağamalının fikirlərini dəstəkləyərək bildirib ki, Azərbaycanda güvənli sığorta sistemi  yaratmaq lazımdır: “Biz “Sığorta haqqında” qanunu tam dəyişdirməliyik və onu işlək vəziyyətə gətirməliyik. Bu məsələdə insanları da qınamaq düzgün olmaz. Çünki bu sahəyə inam yoxdur. Bu məsələdə yeganə öz funksiyanı yerinə yetirən dövlət başçısı oldu. Əslində ona aidiyyatı olmayan məsələni- özəl sektorun problemini öz üzərinə götürdü ki, vətəndaşlar  vəziyyətdən çıxa bilsinlər. Bu məsələlərə büdcədən o qədər vəsait sərf olunacaq ki, sonradan başqa yerlərə xərcləməyə vəsait tapılmayacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanıb – SAHİL BABAYEV

Read Next

“Diqlas”da zərərçəkmişlərə maddi yardım göstərilməsi üçün 3 milyon ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir