Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə” məsələ müzakirə olunub.
Etikxeber.az-ın xəbərinə görə, məsələ barədə MM-in komitə sədri Ziyafət Əsgərov məlumat verib.
“Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatları başlamışdı. Bundan sonra Prezident İlham Əliyev bütün ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzaladı və bu fərmanı Milli Məclisə göndərdi”-komitə sədri bildirib ki, Ali Baş Komandanın döyüş əmrlərini icra edən Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi:
“Ordumuz 44 gün ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsinə nail oldu. Nəticədə Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında qələbə qazandı. 28 il həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Yeni tarixi mərhələnin başlaması fonunda Prezident İlham Əliyev 7 dekabr tarixində hərbi vəziyyətin ləğv edilməsi barədə fərman imzalayıb”.
Sonra MM hərbi vəziyyətin ləğv olunmasını təsdiqləyib.
Qeyd edək ki, hərbi vəziyyətin 12 dekabr saat 00.00-dan ləğv edilməsi nəzərdə tutulur.
11:21
***
Qeyd edək ki, Prezident İlham Əliyev hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 8-ci maddələrinə əsasən qərara alıram:
1. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin.
2. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin”.
15:25
***
Azərbaycanda hərbi vəziyyət ləğv olunub.
Qeyd edək ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilib.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az