Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkilləri Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının bu günlərdə bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazisinə səfərini təşkil etməsinə və “sülh çağırışları” cəhdinə kəskin etirazlarını bildiriblər.
Etikxeber.az xəbər verir ki, deputat Zahid Oruc parlamentin oktyabrın 12-də keçirilən plenar çıxışında deyib ki,erməni qadınları tərəfindən indiyə qədər sülhə doğru addımları və çağırışlarını görməmişik: “Əksinə, hər zaman sülhə qarşı çıxıblar. Erməni anaları məktəblərdə uşaqlarına barmaqları ilə azərbaycanlıları düşmən kimi göstəriblər. Xüsusilə də şəhidləri. Amma özlərinin övladı öləndə onları qəhrəman kimi təqdim ediblər. Odur ki, Paşinyanın arvadının və ona dəstək verənlərin sülhə çağırışlarını heç bir halda səmimi qəbul etmirik. Əslində bunu istismar kimi qəbul edirik. Onlar Silva Kaputikyanların, Əlixanyan-Bonerlərin davamçılardır və onlardan da nəsə gözləməyə dəyməz”.
Deputat Sevinc Hüseynova da qeyd edib ki,“Qadınlar sülh naminə “ adı altında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər edən Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova bilməlidir ki, Xocalıda qətlə yetirilən insanlar arasında 106 qadın olub:“Ümumiyyətlə, Qarabağ münaqişəsi nəticəsində təkcə azərbaycanlılar deyil, eyni zamanda rus millətindən olan gənclər qətlə yetirilib. Bununla da erməni təcavüzü nəticəsində onlarla rus anası gözü yaşlı qalıb. Biz sülhün tərəfdarıyıq və belə səfərlər də sülhə mane olur. Xüsusən də münaqişənin həlli ilə bağlı yaradılan ATƏT MQ həmsədr ölkələrdən biri olan Rusiyanın parlamentinin nümayəndəsinin Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri münaqişənin həllinə mənfi təsir edir. Odur ki, mən belə şəxsləri işğal altında olan torpaqlara qanunsuz səfərlərdən çəkinməyə çağırıram”.
Parlamentin Azərbaycan-Rusiya parlamentlərarası Dostluq “rupunun rəhbəri Əli Hüseynli isə qeyd edib ki, rus deputatın Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı həm öz adından, həm də “Rus İcması” nın adından Rusiya Dumasına kəskin bəyanat göndəriləcək: “Ayrı vaxt olsaydı, buna ciddi əhəmiyyət verməzdik. Amma həmin xanın Rusiya dumasının önəmli adamlarındandır və hakim partiyasının üzvlərindədir. Onun addımı iki ölkənin münasibətlərinin ruhuna tamamilə ziddir”.
Ə. Hüseynli həmçinin rus dilində tədrisin artması ilə deputat həmkarının fikrinə münasibət bildirib: “Biz gənclərin dil seçiminə müdaxilə etməməliyik. Onlar bu məsələdə azaddırlar. İstədikləri dili öyrənə bilərlər”.
Millət vəkili Siyavuş Novruzov hesab edir ki, xarici siyasət məsələləri ilə bağlı həssas olmalıyıq: “Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qonşu dövlətlərlə münasibətləri tənzimlədi. Bu gün bu siyasət uğurla davam etdirilir. Təbii ki, bizi istəməyən qüvvələr aranı qatmağa çalışırlar”.
Millət vəkili qeyd edib ki, Rusiyada ayrı-ayrı deputatların fikirləri rus xalqının, dövlətinin mövqeyi ola bilməz: “Onlar bu cür fikirlər söyləməklə ermənilərin diqqətini çəkməyə çalışırlar. Bir müddət əvvəl, İranda da bir neçə nəfər ortaya düşmüşdü, onlar da Azərbaycana qarşı aranı qatmaqla məşğul idilər. Bütün bu məsələlər dövlət səviyyəsində tənzimlənir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az